Banner

Döngələrdə avtobusla toqquşmamaq üçün minik maşını sürücüsü nə etməlidir? – TÖVSİYƏ - VİDEO

Öyrənək 9 Fevral 2026 13:00
Döngələrdə avtobusla toqquşmamaq üçün minik maşını sürücüsü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə avtobusların yaratdığı təhlükələrlə bağlı mühüm xəbərdarlıq edib.

Avtosfer.az xəbər verir ki, mütəxəssis xüsusilə geriyə dönmə və geniş döngə olan yerlərdə sürücülərin avtobusların sağ və sol tərəfində mövqe tutmasının ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, avtobusların qabarit ölçüləri böyük olduğundan dönmə zamanı trayektoriyanı bəzən tam dəqiqliklə saxlamaq çətin olur.

Aqil Rəhimov qeyd edib ki, avtobus döngəyə girərkən sağ tərəfi sağa “qaça”, sol tərəfdə olan nəqliyyat vasitələrini isə sıxa bilər. Bu səbəbdən sürücülərin avtobusun xüsusilə sol böyründə hərəkət etməsi təhlükəlidir. Məşqçinin sözlərinə görə, avtobus geniş dönmə götürürsə, bu onun manevri rahat icra etməsi üçündür və buna görə avtobus sürücüsünü qınamaq düzgün deyil.

Mütəxəssis sürücülərə tövsiyə edib ki, belə hallarda avtobusla məsafə saxlasınlar və onun dönmə trayektoriyasına daxil olmasınlar. Əks halda, döngənin müəyyən nöqtəsində toqquşma riski yarana bilər.

Aqil Rəhimov sonda sürücüləri daha diqqətli olmağa çağıraraq, bu cür xırda görünən məqamların ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcəyini vurğulayıb.

Eltac Zülfüqaroğlu

Oxunub 484
ŞƏRH YAZ
Ad

E-mail

Şərh