Banner

Dubaydan maşın gətirənlərə qarşı diqqətli olun, aldana bilərsiz - VİDEO

Öyrənək 26 Avqust 2025 13:00 Oxunub 1688
Dubaydan maşın gətirənlərə qarşı diqqətli olun, aldana bilərsiz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan vətəndaşlarının Dubaya vizasız səfər imkanının yaradılması müxtəlif sahələrdən olan insanların diqqətini Birləşmiş Ərəb Əmirliklərinə yönəldib.

Avtosfer.az xəbər verir ki, xüsusilə də avtomobil alqı-satqısı ilə məşğul olmaq istəyənlərin sayı artıb.

Məlumata görə, avtomobil biznesindən anlayışı olmayan, peşəkar təcrübəsi və bilikləri çatmayan şəxslər də Dubaya üz tutaraq avtomobil gətirməyə çalışırlar. Bu isə nəticə etibarilə bazarda qarışıqlığa və vətəndaşların aldadılmasına səbəb olur. Çünki qeyri-peşəkar şəxslərin gətirdiyi avtomobillərdə texniki qüsurlar, sənədləşmə problemləri və qiymət uyğunsuzluqları daha çox müşahidə olunur.

Nəticədə, bu işin peşəkarı olmayanların fəaliyyəti səbəbindən günahsız vətəndaşlar zərər çəkir, artıq xərclərə düşür və aldadılma riski ilə üz-üzə qalırlar.

Ekspertlər bildirirlər ki, avtomobil gətirmək istəyən şəxslər bu sahədə ixtisaslaşmış şirkətlərə müraciət etməli, sənədlərin düzgünlüyünü və avtomobilin texniki vəziyyətini yoxlatmadan alış-veriş etməməlidirlər.

Yeni qaydalar fonunda Dubaya səfərlərin intensivləşməsi avtomobil bazarına təsir etsə də bu prosesin neqativ nəticələrinin qarşısını almaq üçün maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh