Ekspert taksi ilə bağlı yeni detalları AÇIQLADI - VİDEO

Xəbər veridiyimiz kimi taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş qərardan irəli gələn bəzi məsələləri sadə formada izah edib.
O, bildirib ki, Nazirlər Kabinetinin qərarında konkret olaraq taksilərin ağ və qırmızı rəng olması göstərilib: “Bu qərar iyulun 1-dən qüvvəyə minəcək və dünən açıqlanan məlumatlarda bir daha göstərildi ki, aprelin birindən iyulun birinə qədər mövcud olan taksi avtomobilləri ilə sürücülər müraciət etsələr, AYNA tərəfindən onlara taksi buraxılış kartı veriləcək.”
Elməddin Muradlı qeyd edib ki, rəng məsələsində heç bir problem yoxdur. “Hal hazırda 15 ili tamam olmayan istənilən rəngli maşın üçün AYNA-ya müraciət edib, kart almaq mümkündür. Həmçinin 141 Qaynar xəttinə zəng edib suallarınızı ünvanlaya bilərsiniz. Sizi ətraflı şəkildə məlumatlandıracaqlar”.
Ekspert iyulun birindən sonra nə olacağı sualına da aydınlıq gətirib. “Heç bir problem olmayacaq. Yəni avtomobilin hər hansı rəngdə, texniki parametrlərinə uyğun olaraq taksi kimi qeydiyyatdan keçirib, taksi buraxılış kartı aldığınız nəqliyyat vasitəsilə həmin nəqliyyat vasitəsinin istismar müddəti 15 ili tamamlayana qədər taksi sürə bilərsiniz. Çox güman ki, bu istiqamətdə yerli istehsala üstünlük veriləcək. Çünki Azərbaycanda da bir neçə avtomobil zavodu var. Növbətisi Hacıqabul rayonu ərazisində, Ələt iqtisadi zonasında tikilir. Çox güman ki, bu qərar ona yönəlib ki, yerli istehsala təkan verilsin”.
Məhəbbət Tərlanoğlu
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB











