Reklam

Elektromobil avtomobillər sonsuzluq yaradır? - Həkim AÇIQLADI - VİDEO

Öyrənək 7 İyun 2024 17:50 Oxunub 5592
Elektromobil avtomobillər sonsuzluq yaradır?  - Həkim AÇIQLADI   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elektriklə işləyən avtomobillərdən istifadə getdikcə çoxalır. Məlumdur ki, elektromobil avtomobillər ekoloji cəhətdən təmiz hesab olunur və yanacaq sərfiyyatına qənaət edir. Ətraf mühitin çirklənməsinin qarşısını alan bu avtomobillərin insan sağlamlığına necə mənfi təsiri var?
Mövzuyla bağlı terapevt-androloq Hidayət Mustafayev sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, elektromobil avtomobillər sonsuzluğa səbəb ola bilər: “Elektriklə işləyən avtomobillərdə yüksək həssaslıq - şüalanma, radiasiyanın olması ehtimalının olub-olmaması araşdırılmalıdır. Elektromobil nəqliyyat vasitələri almaq istəyən şəxslər öncədən həkimlə də məsləhətləşməlidirlər. Əsas iki aspektə nəzər yetirmək lazımdır. Birincisi qeyd etdiyim şüalanma məsələsi, digəri isə elektrik səviyyəsinin yüksək olması nəticəsində ionlaşma məsələsidir. Eyni zamanda elektromobil maşınlardan istifadə qan dövranının, prostat vəzinin funksiyasının pozulmasına gətirib çıxara bilər. Ona görə də elektromobil avtomobil almazdan öncə onu yoxlamalı və sağlamlığınızı təhlükə altına atmamaq üçün mütləq həkimlə danışmalısınız”. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh