Ər-arvad arasında etibarnamə məsələsinə son qoyuldu - MƏHKƏMƏDƏN QƏRAR - VİDEO

Azərbaycanda ərlə-arvad arasında etibarnaməyə ehtiyac olub-olmaması məsələsi hələ də müzakirə mövzusudur. Sürücülərin əksəriyyəti bu məsələdə çaşqınlıq içindədir və fərqli yanaşmalara rast gəlirlər. Bəzi sürücülər avtomobili yalnız nikah haqqında şəhadətnamə əsasında idarə edirlər. Əvvəllər bu praktikaya icazə verilsə də, 2023-cü ildə qəbul edilmiş qərar, bunu məhdudlaşdırdı.
Qüvvədə olan Mülki Məcəlləyə əsasən, nikah müddətində əldə edilən avtomobil ər və arvadın birgə mülkiyyəti hesab edilir. Bu prinsipə əsaslanaraq, Konstitusiya Məhkəməsi 2023-cü ilin iyul ayında müvafiq qərar qəbul edib. Həmin qərara əsasən, ərlə-arvad bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilərlər. Lakin bu imkandan yararlanmaq üçün notarial qaydada təsdiq edilmiş birgə mülkiyyətə dair şəhadətnamə tələb olunur.
Məsələnin ən problemli tərəfi isə odur ki, bu cür şəhadətnamə hal-hazırda dövriyyədə yoxdur. Yəni Konstitusiya Məhkəməsi belə bir sənədin mövcudluğunu nəzərdə tutsa da, praktiki olaraq belə bir rəsmi sənədin olmaması sürücüləri yenidən çıxılmaz vəziyyətə salır. Bu səbəbdən də, avtomobili idarə etmək istəyən ər-arvadın yenidən etibarnamə almağa məcbur olması problemi davam edir.
Konstitusiya Məhkəməsinin qərarı bir sıra hüquqi məsələləri aydınlaşdırsa da, sürücülərin praktiki vəziyyəti nəzərə alınmayıb. Mövcud şəraitdə sürücülər üçün etibarnamə almaq daha əlverişli görünür. Çünki etibarnaməni heç yerə getmədən onlayn almaq mümkündür.
Halbuki, notarial qaydada birgə mülkiyyət şəhadətnaməsi almaq üçün vətəndaşların notariusa getməsi, sənədləşmə aparması lazımdır ki, bu da əlavə prosedurlar və vaxt itkisi deməkdir.
Eyni zamanda etibarnamənin üstünlüyü ondadır ki, qayda pozuntularına dair elektron cərimələr konkret olaraq avtomobili idarə edən şəxsə tətbiq edilir.
Konstitusiya Məhkəməsinin qərarında daha bir maraqlı məqam qeyd olunub. Qərarda vurğulanıb ki, Azərbaycanda etibarnamələrin məcburiliyi problemi mövcuddur. Bu səbəbdən də Məhkəmə Milli Məclisə tövsiyə edib ki, etibarnamələrin məcburiliyi məsələsinə yenidən baxılsın.
Lakin təəssüf ki, bu məsələ Milli Məclisin gündəliyinə belə daxil edilməyib.
Nərmin
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO









