Ərlə arvad arasında etibarnamə lazımdır? - DYP "YOX" deyir, qanun "HƏ" - VİDEO

Öyrənək 19 Dekabr 2022 13:00 Oxunub 19308
Ərlə arvad arasında etibarnamə lazımdır? - DYP "YOX" deyir, qanun "HƏ"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi sürücülər birgə nikah dövründə əldə etdikləri avtomobili nikah haqqında şəhadətnamə ilə idarə edirlər. Etibarnamə olmadan avtomobili bu formada idarə etməyə qanun icazə versə də, çox təəssüf ki, sürücülər əksər hallarda hüquqi problemlə üzləşirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, nikah haqqında şəhadətnamə nəqliyyat vasitəsini idarə etmək üçün sənəd hesab olunnmur: “Ailə Məcəlləsi və Mülki Məcəllə birgə nikah dövründə əldə edilən əmlak üzərində hüquqları müəyyən edir. Yəni yol polisi sizin sürücülük vəsiqənizə, etibarnamənizə, qeydiyyat şəhadətnamənizə baxır. Gələcəkdə mülki mübahislərin yaranmamsı üçün nəqliyyat vasitəsini etibarnamə ilə idarə etməyiniz məsləhət görülür” –  deyərək Araz Əsgərli bildirib.

Çox təəssüf ki, bir çox sığorta şirkətləri də Araz Əsgərlinin dediklərini üstün götürərək qəza zamanı nikah haqqında şəhadətnamənin əsassız olduğunu bildirərək ödəniş etməkdən imtina edirlər. Proses məhkəməyə kimi gedib çıxdıqda isə bu məsələdən anlayışı olmayan hakimlər də sığortanın xeyirinə  qərar verirlər. Lakin təcrübəli hakimlərin belə məsələlərdə sürücülərin xeyririnə qərar verdikləri hallar da olub.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Kamran Əliyev vaxtilə mətbuat şöbəsinin rəisi olarkən qanunda belə bir qaydanın olması ilə bağlı açıqlama verib. O bildirib ki, daşınan və ya daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.

Ailə Məcəlləsinin 32-ci maddəsində qeyd olunub ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülkiyyət hesab edilən əmlakı isə etibarnaməsiz istifadə etmək mümkün hesab edilir. Yəni bir əmlak ərin və ya arvadın mülkiyyəti hesab edilirsə onun üçün əlavə etibarnamə verilməsinə ehtiyac yoxdur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh