Ərlə arvad arasında etibarnamə lazımdır? - DYP "YOX" deyir, qanun "HƏ" - VİDEO

Bəzi sürücülər birgə nikah dövründə əldə etdikləri avtomobili nikah haqqında şəhadətnamə ilə idarə edirlər. Etibarnamə olmadan avtomobili bu formada idarə etməyə qanun icazə versə də, çox təəssüf ki, sürücülər əksər hallarda hüquqi problemlə üzləşirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, nikah haqqında şəhadətnamə nəqliyyat vasitəsini idarə etmək üçün sənəd hesab olunnmur: “Ailə Məcəlləsi və Mülki Məcəllə birgə nikah dövründə əldə edilən əmlak üzərində hüquqları müəyyən edir. Yəni yol polisi sizin sürücülük vəsiqənizə, etibarnamənizə, qeydiyyat şəhadətnamənizə baxır. Gələcəkdə mülki mübahislərin yaranmamsı üçün nəqliyyat vasitəsini etibarnamə ilə idarə etməyiniz məsləhət görülür” – deyərək Araz Əsgərli bildirib.
Çox təəssüf ki, bir çox sığorta şirkətləri də Araz Əsgərlinin dediklərini üstün götürərək qəza zamanı nikah haqqında şəhadətnamənin əsassız olduğunu bildirərək ödəniş etməkdən imtina edirlər. Proses məhkəməyə kimi gedib çıxdıqda isə bu məsələdən anlayışı olmayan hakimlər də sığortanın xeyirinə qərar verirlər. Lakin təcrübəli hakimlərin belə məsələlərdə sürücülərin xeyririnə qərar verdikləri hallar da olub.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Kamran Əliyev vaxtilə mətbuat şöbəsinin rəisi olarkən qanunda belə bir qaydanın olması ilə bağlı açıqlama verib. O bildirib ki, daşınan və ya daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.

Ailə Məcəlləsinin 32-ci maddəsində qeyd olunub ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülkiyyət hesab edilən əmlakı isə etibarnaməsiz istifadə etmək mümkün hesab edilir. Yəni bir əmlak ərin və ya arvadın mülkiyyəti hesab edilirsə onun üçün əlavə etibarnamə verilməsinə ehtiyac yoxdur.
Elmin
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












