Gənclərin intihar səbəbi: İnternet azadlığı – PSİXOLOQ DANIŞDI

Öyrənək 13 İyul 2023 13:49 Oxunub 902
Gənclərin intihar səbəbi:  İnternet azadlığı – PSİXOLOQ DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar “yaşamaqdan bezmiş” yəni intihar edən şəxslərin sayı artıb.

Avtosfer.az xəbər verir ki, intihar edənlərin böyük hissəsini gənclər, əsasəndə 18 yaşından aşağı yeniyetmələr təşkil edir. Bəzilərinin heç səbəbi də məlum deyil.

“İntihar anlayışı geniş məna daşıyır”, klinik psixoloq Şahin Əliyevin Avtosfer.az saytına verdiyi açıqlamada bu sözləri bildirib. Onun sözlərinə görə klassik olaraq insanlar elə zənn edirlər ki, intihar edən şəxs depresiyadadır və ya intihar hansısa bir təhdid qarşısında günahı olan şəxsərin çıxış yoludur. Lakin bu belə deyil, müəyyən psixi pozuntular var ki, insanlar tərəfindən bilinmir. Bunlardan biri də “Borderline” şəxsiyyət pozuntusudur. Bu pozuntu kişilərə nisbətən daha çox qadınlarda müşahidə olunur. Şəxsiyyət pozuntusu yaşayan insanlar, həyatla bağlı daim enişlər-yoxuşlar yaşayırlar və əhval-ruhiyyələri tez-tez dəyişir. Bu kimi problemlər yeniyetməlikdən başlayır, əsasən 12-13 yaşlarından.

Bəs buna səbəb nədir?

Klinik psixoloq bildirdi ki, “Səbəb ailə daxilində tam bir ailə strukturunun olmaması və ya valideyinlərin uşağa mənəvi dəstək olmamasıdır. Üstəlik dövrümüzdə internet azadlığının olması da başlıca səbəblərdəndir. Belə ki, internetdə insanları manipulyasiya edən davranışlar və videolar ilk öncə az yaşlılara təsir göstərir.”

Çıxış yolu olaraq intihar etmək düzgündürmü?

“Hal-hazırda təhsil sistemindəki yeniliklər, sosial mediadakı yanlış məlumatlar və ya ailədə problem yaşayan şəxslər intiharı azadlıq kimi görürlər. Belə insanlar düşünür ki, intihar edərək travma aldıqları ailəni cəzalandırırlar və belə hallar 25-26 yaşlarına kimi gənclərdə daha çox müşahidə olunur. Bu isə təmamilə yanlışdır” deyə, Şahin Əliyev qeyd etdi.

Sonda onu nəzərinizə çatdıraq ki, intihar etmək heç bir halda düzgün deyil. Yaşayaraq bütün çətinliklərə qalib gəlmək öz əlinizdədir və intihar heç bir xoşbətlik qapılarının açarı deyil, tam əksinə geridə buraxdığınız cavabsız suallarla dolu həyatın sonunun başlanğıcıdır.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh