Günəşli havalarda buna əməl edin - Sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Günəşli havada sürücülərin bir sıra davranışları icra etmələri tövsiyə olunur. Xüsusilə yaz və yay aylarında sürücülərin saatlarla sükan arxasında əyləşdiyini nəzərə alsaq ilk növbədə onların bu şüalardan qorunması vacibdir.
“AvtoFM” radiosunun efirində yayımlanan "Faydalı saat" verilişində həkim dietoloq Tutu Zeynalova bu barədə fikirlərini səsləndirib. O, bildirib ki, günəşli havada uzun müddət sükan arxasında əyləşmək sürücülərin sağlamlığı üçün ciddi təhlükədir. “Havaların isinməsiylə bağlı sürücülər günəşli havalarda avtomobilin pəncərəsini açıq qoyur, yaxud qollarını maşının qapısına dayayaraq idarə edirlər. Bunun təhlükəli tərəfləri var. Belə ki, günəşə məruz qalan dəri incələrək kövrəkləşir, nəticədə dəri xərçəngi (melanomalar) yaranır. Buna görə də minimum SPF-i 30 olan günəş kremlərindən istifadə edin. Kremdən istifadə etmək istəməyənlər isə uzunqol geyimlər geyinə bilərlər”.
Nərmin
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ











