Prospektdəki bu döngədə diqqətli olun; qəza riski var – XƏBƏRDARLIQ - VİDEO

Yol hərəkətində bəzən sadə görünən vəziyyətlər yeni sürücülər üçün təhlükəli “tələ”yə çevrilə bilir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov paylaşdığı videoda məhz belə bir situasiyaya diqqət çəkib.
Məşqçinin sözlərinə görə, bu kimi hallar xüsusilə sağa dönmə yerlərində baş verir:
“Adətən bu tələ sağa dönmə yerlərində olur. Stop nişanı var, soldan çoxlu maşın gəlir, biz isə sağa dönməliyik. Yeni sürücülər bu situasiyada çox çətinlik çəkirlər. Videoda da göründüyü kimi, digər avtomobil rahat dönür, amma biz getsəydik, solumuzdakı maşın bizi vura bilərdi. Çünki o, bizi görmürdü. Bu səbəbdən çox ehtiyatlı olmaq lazımdır – bu, yeni başlayanlar üçün tipik ‘tələ’dir.”
Aqil Rəhimov əlavə edib ki, oxşar vəziyyətlər paytaxtın əsas prospektlərində də tez-tez baş verir:
“Heydər Əliyev prospekti ilə aşağı düşəndə sürücülər iki zolağı tutur və sonra sol zolağa keçməyə çalışırlar. Dönmə işıqlarını yandırsalar belə, bu, digər avtomobillərin hərəkətinə mane olur. Sola dönənlər üçün yol daralır və qəza riski artır.”
Ekspertin sözlərinə görə, belə hallarda diqqət, güzgülərdən düzgün istifadə və dönmə siqnallarının vaxtında verilməsi həyati əhəmiyyət daşıyır:
“Məsələn, sağdan gələn maşını görməsəniz və ehtiyatsız davransanız, zərbə qaçılmazdır. Dönəndən sonra da sağ güzgüyə baxmaq, dönmə işıqlarını yandırmaq və diqqətli olmaq vacibdir. Əks halda, hadisə an məsələsi ola bilər.”
Aqil Rəhimov qeyd edib ki, bu cür vəziyyətlərin izahı və təhlili yeni sürücülər üçün nəzəriyyədən daha vacibdir, çünki bu “xırda detallar” yolda ciddi qəzaların qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - AÇIQLAMA
Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO
Bu qaydanı pozan sürücülər 10 manat cərimələnəcək - DİQQƏT!
Avtobus zolağından hansı avtomobillər istifadə edə bilər? - RƏSMİ CAVAB
Bu səhvi təkrarlayan sürücülər qəzadan qaça bilmir – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Sürücülərin bu səhvi piyadavurma hallarını artırır- Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Maşının açarını içəridə unutmusuzsa bu üsuldan istifadə daha təhlükəsizdir - TÖVSİYƏ











