İçkili sürücü qəza törətdikdə dəymiş zərər kim tərəfindən ödənməlidir? – Ekspert AÇIQLADI - VİDEO

Avtomobili içkili idarə edən şəxslərin törətdiyi qəzalar, həm sürücülər, həm də digər iştirakçılar üçün ciddi təhlükə yaradır. Belə hallarda yaranan maddi və mənəvi zərərin qarşılanması, zərər çəkənlərin hüquqlarının qorunması mühüm məsələdir.
Avtosfer.az xəbər verir ki, mövzuya “AvtoFM”in efirində Azərbaycan Sığortaçılar Assosiasiyasının Ekspert qrupunun üzvü Emin Allahverdiyev aydınlıq gətirib. O bildirib ki, zərər çəkən şəxsin burada heç bir təqsiri yoxdur və ödəniş ona çatır.
“Daha sonra sığorta şirkəti subroqasiya hüququndan istifadə edərək, ödənilmiş məbləği zərər vuran şəxsdən geri ala bilər. Yəni, sığorta şirkəti əvvəl ödənişi edir, lakin alkaqol qəbul etmiş və avtomobili idarə etmiş şəxsə qarşı həmin məbləği subroqasiya qaydasında tələb edir.
Kasko sığortasında isə vəziyyət fərqlidir. Avtomobili idarə edən şəxs yol-nəqliyyat hadisəsi törədərsə və kasko sığorta müqaviləsi mövcuddursa, sığorta şirkəti ödənişdən imtina etmək hüququna malikdir və adətən imtina edir”.
Eltac Zülfüqaroğlu
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO











