İki maşının arasına avtomobili daha asan necə park etmək mümkündür? - FOTO

İllərlə avtomobil idarə etmə təcrübəsi olan şəxslər belə, nəqliyyat vasitələrini düzgün və təhlükəsiz şəkildə park etməkdə çətinlik çəkə bilirlər.
Avtosfer.az xəbər verir ki, xüsusilə dar yerlərdə və iki avtomobil arasında paralel parkinq etmək sürücülər üçün əsas problemlərdən biri hesab olunur. Bu səbəbdən, parkinq bacarıqlarını təkmilləşdirmək və düzgün park etmə qaydalarını bilmək hər bir sürücü üçün vacibdir.
Paralel parkinq sürücülərin ən çox narahat olduğu parklanma üsullarından biridir. İki avtomobil arasında park etmək üçün öncə təhlükəsizlik tədbirləri görülməlidir. Parklama üçün seçilən yer digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır. Sürücü təhlükə işıqlarını yandıraraq parklama niyyətini ətrafdakılara bildirməlidir. Daha sonra avtomobili qarşıdakı nəqliyyat vasitəsinə yarım metr məsafədə düzləndirərək geri hərəkət etməyə başlamaq lazımdır. Sükanı tam sağa çevirərək avtomobili 45 dərəcə bucaq altında geri sürmək və yan güzgüdən arxadakı avtomobilin nömrə nişanı görünən anda sükanı sola döndərərək manevri davam etdirmək tövsiyə olunur. Lazım gəldikdə, ön-arxa hərəkətlərlə avtomobili ideal mövqeyə gətirmək mümkündür.

Şaquli parkinq sürücülər üçün ən asan üsullardan biri hesab olunur. Bu növ parkinq zamanı təhlükə işıqları yandırılmalı və avtomobil boş yerin ortasına yönləndirilməlidir. Sürücü sükanı idarə edərək avtomobili uyğun mövqeyə gətirdikdən sonra digər nəqliyyat vasitələri ilə məsafənin qorunduğuna əmin olmalıdır.
Uzun avtomobillərin parkinqi daha çətin ola bilər. Belə hallarda sürücülərə parkinq sensorları və arxa görüntü kamerası böyük kömək edir. Sürücülər park edəcəkləri sahənin ölçüsünü düzgün hesablamalı, nəqliyyat axınını nəzərə almalı və ehtiyatlı manevrlər etməlidirlər. Səbirli olmaq və dəqiq hərəkət etmək uzun avtomobillərin parklanmasını daha asan hala gətirə bilər.

Müasir texnologiyanın inkişafı ilə bir çox avtomobil avtomatik parkinq sistemləri ilə təchiz olunur. Bu sistemlər sensorlar vasitəsilə ətraf mühiti analiz edərək uyğun parkinq yerini müəyyən edir və minimal müdaxilə ilə avtomobilin düzgün şəkildə park edilməsini təmin edir. “Wolkswagen Golf 7”, “Wolkswagen Passat”, “Wolkswagen Jetta”, “Toyota Corolla”, “Ford Focus”, “Mercedes C180”, “Mercedes A180”, “Hyundai ix35” və “Opel Insignia” kimi avtomobil modellərində avtomatik parkinq sistemləri mövcuddur. Bu sistemlər sürücülər üçün böyük rahatlıq yaradır və dar yerlərdə park etməyi asanlaşdırır.
Sürücülərin parkinq bacarıqlarını inkişaf etdirməsi üçün mütəmadi məşq etməsi və ehtiyac yarandıqda kömək istəməkdən çəkinməməsi vacibdir. Unutmayın ki, düzgün parkinq yol təhlükəsizliyinin əsas şərtlərindən biridir.
Eltac Zülfüqaroğlu
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










