İkinci əl avtomobili ustaya göstərmədən almayın – Amerikalı ustadan sürücülərə TÖVİSİYƏ

Tanınmış amerikalı mexanik Skotti Kilmer işlənmiş avtomobil almaq istəyən sürücülərə vacib xəbərdarlıq edib. Onun sözlərinə görə, texniki baxışdan keçirmədən ikinci əl avtomobil almaq həm maddi, həm də təhlükəsizlik baxımından ciddi risk yaradır.
Avtosfer.az xəbər verir ki, milyonlarla izləyicisi olan məşhur ustanın “YouTube” kanalında paylaşdığı videoda o, belə deyib:
“Bəzən eşidirik ki, kimsə işlənmiş avtomobil alır və bir neçə gün sonra yolda təkəri qopur, mühərriki sıradan çıxır və ya qəza baş verir. Ona görə də heç vaxt avtomobili ustaya göstərmədən almayın.”
Kilmer bildirib ki, avtomobilin üzərindəki xırda cızıqlar və kosmetik qüsurlar diqqəti yayındıra bilər, amma əsas təhlükə görünməyən yerlərdə gizlənir:
“Əsl problem mühərrikdə, transmissiyada, alt hissədə və ya elektron sistemlərdə ola bilər. Bunları yalnız təcrübəli mexanik aşkar edə bilər. Ona görə də, maşını almazdan əvvəl texniki baxışdan keçirmək zəruridir.”
Mütəxəssis həmçinin sürücülərə tövsiyə edib ki, avtomobili yeni aldıqları kimi uzun səfərlərə çıxmasınlar:
“Ən azı bir-iki həftə şəhər daxilində sürün. Avtomobilin necə davrandığını müşahidə edin, sonra uzaq məsafələrə gedin.”
Kilmer etibarlı mexanik tapmağın çətin olduğunu da etiraf edib, lakin bunun vacibliyini vurğulayıb:
“Bəli, yaxşı usta tapmaq asan deyil, amma bu, vacib addımdır. Yoxlamalardan keçirməmək sizə minlərlə dollar zərər gətirə bilər.”
Mütəxəssislərin fikrincə, sadə bir ilkin texniki baxış belə, alıcını böyük təmir xərclərindən qoruyur və gələcək problemlərin qarşısını alır. Bundan əlavə, belə yoxlamalar nəticəsində tərtib edilən qiymətləndirmə hesabatı avtomobilin real dəyərini müəyyənləşdirməkdə və alıcıya qiymət danışıqlarında üstünlük qazanmaqda kömək edir.
Skotti Kilmer açıqlamasını belə yekunlaşdırıb:
“Avtomobili almadan əvvəl ustaya göstərin. Bu kiçik addım sizi böyük bir fəlakətdən xilas edə bilər.”
Eltac Zülfüqaroğlu
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək










