İkinci əl maşın alarkən bu məqamlara mütləq diqqət edin - VİDEO

Öyrənək 3 Dekabr 2024 14:36 Oxunub 4400
İkinci əl maşın alarkən bu məqamlara mütləq diqqət edin   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir qrup insanlar avtomobil seçərkən onun xarici görüntüsünə daha çox üstünlük verir. Xüsusilə ikinci əl nəqliyyat vasitələrini  alarkən ekstra diqqətli olmaq lazımdır. Təbii ki, alıcı qismində maşın seçərkən mütəxəssisdən rəy almaq önəmlidir. Lakin peşəkar olmasa da həvəskar sürücü kimi maşınla bağlı müəyyən məlumatlara sahib olmaq mümkündür.  

Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkədə bu barədə maraqlı video paylaşılıb. Belə ki, ikinci əl avtomobil alarkən diqqət etməli olduğumuz ilk nüans avtomobilin səsboğucusudur. Buradan həddindən artıq karbon qalığının çıxması maşında ciddi problemin olduğunu göstərir.

İkinci və sadə olan məqam avtomobilin təhlükəsizlik kəmərinin alt hissəsində istehsal ilini tapın və ardınca maşının istehsal tarixini etiketdə axtarın. Əgər tarixlər üst-üstə düşmürsə deməli avtomobilin hava yastığı sisteminə müdaxilə olunub və təhlükəsizlik kəmərinin dəyişdirilib. Bu halla qarşılaşsanız həmin nəqliyyat vasitəsini almayın.

Digər mühüm nüans sükan arxasına gəlib sükan çənbəri qolunu  və əyləc pedalını kontrol edin. Qeyd olunan hissələrdə paslanma çoxdursa deməli bu nəqliyyat vasitəsi suya məruz qalıb. Belə mənzərəylə qarşılaşsanız maşını almamağınız məqsədəuyğundur.

Üçüncü fikir verməli olduğunuz hissə avtomobilin start-stop sisteminin yanındakı boltlara baxmağınızdır. Onların üzərində boltu açma izi varsa bu, avtomobilin mərkəzi konsolunun dəyişdirilmiş olduğunu göstərir. Maşının konsolunun dəyişdirilməsi isə nəqliyyat vasitəsinin ağır qəzaya uğradığını bildirir. Əlbəttə, belə halda maşını almaqdan vaz keçin.

Vacib məqamlardan bir digəri avtomobilin mühərrik yağının qapağını açıb arxasına baxmaq lazımdır. Əgər həddindən çox qara yağ ləkəsi varsa bu maşının mühərrikində  problemin olduğunu göstərir və almamağınız məsləhətdir. Sonuncu olaraq maşının ön mühərrik bölməsindəki videoda göstərilən dəstək girişinə baxın. Bu hissədə qaynaq və deformasiya izləri varsa demək ki, maşın başqa bir avtomobillə toqquşub. Bu halda da onu almamağınız məqbuldur. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh