İşıqforda dayanan zaman bunları etməyin – CƏRİMƏSİ VAR - RƏSMİ - VİDEO

Hərəkət iştirakçılarının daha rahat və nizamlı hərəkəti üçün işıqforlar vacib rola malikdir. Lakin bəzi sürücülər işıqforda dayanarkən telefondan istifadə edirlər.
Bəs svetoforda telefondan istifadə etmək və ya telefonla danışmaq nə qədər doğrudur? Ümumiyyətlə, buna görə cərimə nəzərdə tutulurmu?
Avtosfer.az xəbər verir ki, bu sualı Avto FM dinləyicisi radiostansiyasının efirində yayımlanan “Qaydaları pozma” verilişində səsləndirib.
Verlişin qonağı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli suala cavab olaraq bildirib ki, işıqforda təhlükəsizlik kəmərini çıxartmaq, telefondan istifadə etmək və sərnişinləri mindirib-düşürtmək olmaz: “Bunların hər biri qanunla qadağan olunur. Çünki svetoforda dayanmaq, hərəkəti başa çatdırmaq demək deyil. Xüsusilə də bu nizamlayıcı qurğular yol hərəkəti sistemində ya yol ayrıcılarındadır, ya da piyadaların təhlükəsiz keçidi üçün nəzərdə tutulub. Bunların hər biri isə olduqca məsuliyyətli yerlərdir. İşıqfor hərəkətin bitdiyi nöqtə deyil. Bu baxımdan da diqqətli olun. Xüsusilə sadaladığım hərəkətləri svetoforlarda, yol ayrıcılarında və ya nizamlayıcılar yolu tənzimləyərkən etməyin”.
Məhəbbət Tərlanoğlu
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ











