İşıqforun qırmızı işığında ara məsafəsi nə qədər olmalıdır? - VİDEO

Yol hərəkətində ən çox rast gəlinən, amma sürücülərin çox vaxt diqqət yetirmədiyi məsələlərdən biri də işıqfor qarşısında avtomobillər arasında məsafənin düzgün saxlanılmasıdır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə işıqfor qarşısında öndəki avtomobillə arada təhlükəsiz məsafə saxlamanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yaxın dayanmaq yalnız avtomobilə zərər yetirmir, həm də piyadaların təhlükəsizliyinə ciddi risk yaradır.
“Aydın məsələdir ki, işıqforda avtomobillərlə aranızda çox yaxın dayanmaq təhlükəlidir. Belə yaxın vəziyyətdə arxadan zərbə alsanız, maşın kütləvi hərəkətlə irəli tullana bilər. Həm ön, həm də arxa hissə zədələnə bilər. Amma əsas məsələ bu deyil: piyadalar tez-tez piyada keçidindən deyil, sıx dayanmış avtomobillərin arasından keçir. Əgər siz arxadan zərbə alsanız, avtomobil qarşıdakı nəqliyyat vasitəsinə təsir edəcək və o şəxsi məhz ön maşına pərçimləyəcək”, deyə Aqil Rəhimov bildirir.
O həmçinin qeyd edir ki, belə vəziyyətdə sübut problemi yaranır:
“Əgər maşınınızda videoregistrator yoxdursa, hadisənin necə baş verdiyini sübut etmək çətinləşir. Arxadakı sürücü deyəcək ki, nə baş verdiyini görməyib və məsuliyyəti boynundan atmağa çalışacaq. Bu isə həm hüquqi, həm də insan faciəsi ilə nəticələnə bilər.”
Məşqçi sürücülərə tövsiyə edir ki, işıqforda dayanarkən qarşıdakı avtomobillə aradakı məsafəni kifayət qədər saxlamaq mütləqdir. Təxminən 1,5–2 metr və ya təhlükəsizliyi təmin edən məsafə qədər. Bu, həm qəza riskini azaldacaq, həm də piyadaların təhlükəsiz hərəkətinə imkan yaradacaq.
Eltac Zülfüqaroğlu
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO










