Reklam

İşlənmiş şinlərin “üstün cəhəti”: ucuzdur, amma...

Öyrənək 27 Avqust 2023 13:40 Oxunub 1312
İşlənmiş şinlərin “üstün cəhəti”: ucuzdur, amma...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün ölkəmizdə və dünyada ikinci əl şin alan sürücü kifayət qədərdir.  Avtosfer.az xəbər verir ki, çox vaxt sürücülər pula qənaət üçün işlənmiş təkər alırlar. Bəs bu təkərlərin riski və üstünlüyü nədən ibarətdir?
Britaniyalı ekspertlər bazardan təsadüfi seçdikləri işlənmiş təkərləri laboratoriyada sınaqdan çıxarıblar. Məlum olub ki, satışa təqdim edilən təkərlərin 98%-i təhlükəsizlik normalarına cavab vermir. Bunlardan 35%-i isə istismar etmək ümumiyyətlə təhlükəlidir.
İşlənmiş şinlərin əsas problemi zədə, protektor naxışının yeyilməsi, çat, köhnəlik və kobud montajdır. Bu təkərlərin yeganə üstünlüyü ucuz olmasıdır. Lakin...
İşlənmiş təkərin istismar müddətinin az olmasını nəzərə alarsaq, bu üstünlük aldadıcıdır. 

Ən əsası, yağışlı havada pis təkərə görə qəza keçirsək təmirə neçə təkərin pulu sərf ediləcək? Yaxşı olar ki, “mən heç vaxt təzə təkər almamışam, heç nə də olmayıb” deyən sürücülərin səmimiyyətinə inanmayaq.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh