İlk dəfə şəxsiyyət vəsiqəsi alanların DİQQƏTİNƏ

Bəzi hallarda Azərbaycan Respublikasının ilk dəfə şəxsiyyət vəsiqəsini almaq üçün 16 yaşını keçmiş şəxslər "Asan xidmət" mərkəzlərinə və ya Rayon Pasport Qeydiyyat şöbələrinə müraciət edirlər.
Press.az saytının xəbərinə görə, məsələn Respulika ərazisində dünyaya gələn Doğum Haqqında Şəhadətnaməsi olan, 16 yaşı tamam olmamış şəxs, valideyin himayəsində hər hansısa xarici ölkəyə səfər edir. Səfər zamanı müəyyən məsələlərə görə ölkəyə 16 yaşı tamam olmuş və ya daha böyük yaşda daxil olur. Və, təcili olaraq Azərbaycan Respublikasının ilk dəfə şəxsiyyət vəsiqəsini almaq üçün "Asan Xidmət"-ə və ya Rayon Pasport Qeydiyyat şöbəsinə yaxınlaşır.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında, "Vəsiqənin verilməsi qaydası" bölməsində aşağıdakı məlumatlar qeyd edilmişdir:
"16 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayəndələri ilə birgə müraciət etməlidirlər." - deyə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında yazılıb.
Bəs bu zaman qanun nə deyir?
Bununla bağlı Press.az saytı vəkil Əsabəli Mustafazadə ilə əlaqə saxlayıb.
Vəkil qeyd edib ki, 16 yaşı tamam olmuş və ya 16 yaşdan yuxarı şəxs üçün valideyinin imzasının vacibliyini vurğulayan bir qanunla və ya bir tələblə tanış deyil: "18 yaşlı bir şəxsin valideyini desəki mən istəmirəm vəsiqə verilsin, o şəxsə vəsiqə verilməyəcək?" - deyə vəkil Əsabəli Mustafazadə qeyd edib.
Bundan əlavə Press.az Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Bayramovlada əlaqə saxlayıb.
Anar Bayramov bildirib ki, 18 yaşından yuxarı şəxsin özü üçün hər hansı sənədləri əldə etməsi, əqdlər bağlaması, müəyyən fəaliyyətlə məşğul olması ve ya təhsil alması kimi sair məsələlərdə valideyin imzası və ya valideyin razılığı kimi şərtlərin qoyulması absurd ve qanunsuzdur:
"Bu barədə qanunvericilikdə heç bir norma yoxdur. Eyni zamanda qanunçuluq prinsipinə tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28-ci maddəsinin tələbinə görə şəxs 18 yaşına çatdıqda tam fəaliyyet qabiliyyətli hesab edilir və həmin vaxtdan sonra onun üçün qəyyum və himayəçi nəzərdə tutulmur. Eyni zamanda onunla bağlı məsələrdə qanuni nümayəndənin razılığı və iştirakı kimi prosedurlardan azad olaraq tam müstəqillik əldə edir. 18 yaşına çatmış şəxsin valideyini yoxdursa nə etməlidir?
Məsələn bir şəxsin valideyinləri yoxdur. Bu şəxs 18 yaşını keçdisə, və şəxsiyyət vəsiqəsini müəyyən səbəblərdən ala bilməyibsə, bu adam üçün artıq qəyyumda nəzərdə tutulmayıb. Həm valideyini yoxdur, həmdə qanunla 18 yaşdan yuxarı şəxs olduğu üçün qəyyumu yoxdur. Kim gəlib imza çəkməlidir? Ümumiyyətlə düşünürəmki bu tələbin qanuni tərəfi yoxdur."- deyə vəkil Anar Bayramov bildirib.
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO








