Könüllü və ya məcburi: Aviabiletlər necə dəyişdirilir, geri qaytarılır?
Təyyarəniz sizsiz havaya qalxdı?! Səbəb çox sadədir - gəlmədiniz / qeydiyyata düşməyə gecikdiniz. Aviaşirkətlər sərnişinlərin gecikməsinə görə uçuşları gecikdirmir, bu, onlar üçün maliyyə baxımından heç sərfəli deyil - bütün uçuşları ciddi şəkildə cədvəl üzrə yerinə yetirməyə çalışırlar. "Təvazökar" beş dəqiqəlik gecikmə səbəbindən gedişin gecikməsi, uçuş cədvəlinin pozulması, digər sərnişinlərin, məsələn, növbəti reyslərə gecikmələri, bundan sonra bütün reyslər onlar üçün kabusa çevriləcək.
Bu yazıda biz aviabiletlərin könüllü və məcburi qaytarılması qaydalarını təhlil edirik. Bu nüanslar bəzən sərnişinlər üçün o qədər maraqlı gəlməsə də, əslində çox aktualdır (xüsusilə ilk dəfə uçanlar üçün). Mövcud qaydalar haqqında bilmək xüsusilə son hadisələr fonunda - Ukrayna üzərində hava məkanının bağlanması ilə əlaqədar uçuşların ləğvi ilə bağlı yerinə düşür.
Biletlərin aqibəti necə olacaq?
Qeydiyyat üçün gec, çarəsizlik anında heç bir çıxış yolu olmadığı görünə bilər, amma hələ də edilə biləcək şeylər var. Məsələn: mümkün qədər tez qeydiyyat masasındakı aviaşirkətin işçiləri, hava limanındakı nümayəndələri və ya aviaşirkətin zəng mərkəzi ilə əlaqə saxlayın, aviaşirkətin sosial media səhifələrinə yazın. Səyahət agentliyində alınan biletlə bağlı bütün suallar müraciət etməklə həll olunur. Zəng edin, mümkün qədər tez yazın.
Əgər nədənsə səyahətçi öz marşrutu üzrə ilk reysə minməyibsə (qeydiyyatın bitməsi və ya təyyarəyə minməyə vaxt tapmayıb), bu barədə aviaşirkətə məlumat verməyibsə, bu, uçuşun sonu deməkdir. Eyni zamanda, daşıyıcı onu xəbərdar etmədən zəncirin bütün digər reyslərini, məsələn, qoşulma və ya geri dönüş reysləri üçün biletləri ləğv etmək hüququna malikdir. Aviaşirkət onların dəyərini geri qaytarmayacaq.
Bizim halda isə əgər sərnişin gecikdiyi, reysə gəlmədiyi və ya biletdəki seqmentlərdən birinin ləğvi barədə daşıyıcıları əvvəlcədən xəbərdar edibsə, AZAL və “Buta Airways” digər uçuş seqmentləri və geri dönüş reysi üçün rezervasiyanı saxlayır. Buna görə də, gecikmisinizsə, aviaşirkətə bu reyslə uçmadığınızı, lakin gediş və dönüş biletlərini geri qaytarmaq niyyətində olduğunuzu bildirin.
Azərbaycan aviaşirkətləri üçün sərnişin könüllü olaraq reysdən imtina etdikdə məbləğlərin geri qaytarılması biletin alındığı yerdə həyata keçirilir və tariflərin tətbiqi qaydaları ilə tənzimlənir. Əksər hallarda biletləri əlavə ödəniş müqabilində başqa reysə dəyişdirmək olar. Belə ki, əgər sərnişin qeydiyyata gəlməyibsə, lakin biletin qüvvədə olduğu müddət ərzində onu yenidən bron etmək və ya qaytarmaq niyyətindədirsə, o, yenidən bronlaşdırma/geri qaytarma haqqını ödəməli, həmçinin əlavə komissiya, qeydiyyat cəriməsi (NO-SHOW) ödəməlidir.
Biletin hansı qiymətə alındığı əsasında sərnişinə məqbul həll variantı təklif olunacaq.
Baqaj necə olacaq?
Təhlükəsizlik məqsədilə qeydiyyatdan keçmiş, lakin reysə gəlməmiş sərnişinin baqajı təyyarədən çıxarılır və mütləq yoxlanılır. Odur ki, minməyə geciksəniz, baqajınızı götürməyi unutmayın, çünki o da sizin kimi "uçmur". Hava limanındakı aviaşirkətin nümayəndəsi və ya məlumat xidmətinin əməkdaşı "uçmamış baqaj"ın axtarışına kömək edəcək.
Göstərilən halların qarşısını almaq üçün AZAL və “Buta Airways” sərnişinlərə beynəlxalq reysin yola düşməsindən 3 saat əvvəl və daxili reysdən 2 saat əvvəl hava limanına gəlməyi tövsiyə edir. Beynəlxalq uçuş üçün qeydiyyat planlaşdırılan uçuşa 60 dəqiqə qalmış, daxili uçuş üçün isə 30 dəqiqə əvvəl bağlanır.
Aviaşirkətin günahı ucbatından birləşdirici reysi buraxdı
Vəziyyət belədir: səyahətçi tamamilə aviaşirkətin günahı üzündən əlaqəyə gecikdi və onu əldən verdi. Bu zaman gecikmənin günahkarı kimi onun qayğısı hava daşıyıcısının üzərinə düşür. Səyahətçinin marşrutunun bütün mərhələləri bir biletdə qeydə alınmış bir bron kodu ilə ödənilirsə, daşıyıcı onun üçün bronunda göstərdiyi təyinat məntəqəsinə başqa reys seçməli və ya sərnişinin tələbi ilə bilet üçün ödənişi geri qaytarmağa borcludur.
Belə ki, əgər sərnişin bir aviaşirkətdən, məsələn, Bakı-İstanbul-Praqa marşrutu üzrə birləşdirici reysi olan bilet alıbsa, amma Bakıda gecikmə olub və turist ilk reysə çıxa bilməyib. Bu halda, o, eyni aviaşirkətin hər hansı digər ən yaxın təyyarəsində pulsuz uçmaq hüququna malikdir. Əgər sərnişin hələ də birləşdirici reysə gecikirsə, aviadaşıyıcı onun üçün uçuş seçəcək.
Əgər tək bir rezervasiyada, yəni biletdə bir deyil, iki (bəzən daha çox) aviaşirkət göstərilibsə, narahat olmaq üçün heç bir səbəb yoxdur. Aviaşirkətlər arasında əməkdaşlıq müqaviləsi bağlandığı üçün sərnişin istənilən halda son mənzilə çatdırılacaq.
Aviaşirkətin təqsiri üzündən uçuş ləğv edildikdə və ya gecikmə olarsa, sərnişinin bütün uçuş marşrutundan imtina etmək və biletin bütün dəyərini geri qaytarmaq hüququ vardır.
Əsas qaydanı xatırlamaq vacibdir! - sərnişinin daşınmasının ləğvi, imtinası və ya gecikməsi ilə bağlı vəziyyət yalnız aviaşirkətin təqsiri üzündən baş verməlidir.
Lakin aviaşirkət digər daşıyıcıların uçuş qrafikində və ya uçuş marşrutunda, rezervasiyada qeyd olunmayan səhvlərə və nöqsanlara görə məsuliyyət daşımır. Uçuşun gecikməsi nəticəsində bu biletin uçuş marşrutunda göstərilməyən digər aviaşirkətin reysi ilə əlaqəsi pozulduqda, daşıyıcı məsuliyyətdən azad edilir.
Yəni, müxtəlif rezervasiyalarla biletlər qeydiyyata alındıqda, sərnişin birləşdirici reysə gecikdikdə, qüvvədə olan tarif qaydalarına uyğun olaraq biletin yenidən bron edilməsi və ya pulunun qaytarılması barədə müstəqil qərar qəbul edir.
Beləliklə, yuxarıda göstərilən hallardan hər hansı birində əlaqəyə gecikən sərnişin əvəzedici bileti razılaşdırmaq üçün mümkün qədər tez hava daşıyıcısının nümayəndəsi ilə əlaqə saxlamalıdır.
Aviaşirkətin biletin pulu tam geri qaytarması bu hallarda mümkündür:
- biletdə göstərilən reys ləğv edildikdə və ya gecikdikdə;
- uçuş əvvəlcədən elan edilmiş cədvəl üzrə həyata keçirilmədikdə;
- sərnişinə biletdə göstərilən sinif üzrə xidmətlər göstərilmədikdə;
- sərnişin aviasiya şirkətinin onun təsdiq edilmiş bronu olduğu reyslə əlaqə qura bilməməsi səbəbindən səyahətdən imtina etdikdə (bilet tək bronla verilmişdir);
- bir daşıyıcı tərəfindən birləşdirici reys həyata keçirildikdə;
- daşıyıcı marşrutun bütün seqmentləri üzrə uçuşu yerinə yetirmədikdə. Bu halda, sərnişinə daşıma üçün ödənilmiş bütün məbləğ geri qaytarılacaq;
- hissə-hissə daşıma zamanı sərnişinə daşımanın yerinə yetirilməmiş hissəsinin dəyərinə uyğun olan məbləğ geri qaytarılır.
Səyahətçinin reysi aviaşirkətin təqsiri üzündən gecikdikdə və ya ləğv edildikdə nə etməli olduğu barədə məlumat almaq üçün əvvəllər saytda dərc olunmuş “Uçuşum gecikdi və ya ləğv olundu – NƏ ETMƏLİ?” məqaləsini oxuyun.
Həmişə gəzməkdə!
AviaTravel