Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO

Pis hava şəraitində avtomobil idarə edən sürücülərə, xüsusilə də yeni sürücülərin kobud səhvləri yollarda qəzaların artmasına gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhim paylaşdığı videoda qısa, lakin praktik məsləhətlərlə sürücülərin diqqətini təhlükəsizliyə yönəldib. O bildirib ki, avtomobilə əyləşdikdən sonra mühərriki qızdırmadan dərhal yola çıxarmaq düzgün deyil. Havanın soyuq olduğu hallarda mühərriki 1–2 dəqiqə qızdırmaq məsləhətdir.
Qayda pozan sürücünün arvadı: “Rəis, aparıb dərsini verəcəm” - VİDEO
Məşqçinin sözlərinə görə, bundan sonra yaxın işıqlar yandırılmalı, ardınca şüşəsilənlər işə salınmalıdır. Xüsusi olaraq vurğulanır ki, şüşələrin buxarlanmaması üçün ön və arxa şüşələrin qızdırma və havalandırma funksiyaları mütləq aktiv edilərək yoxlanılmalıdır.
Aqil Rəhimov onu da diqqətə çatdırıb ki, belə hava şəraitində güzgülərdə görünüş zəifləyir, bu səbəbdən sürücülər mümkün qədər az manevr etməli, qəfil hərəkətlərdən çəkinməlidirlər. O, ehtiyatlı sürməyin qəza riskini xeyli azaltdığını bildirib.
Məşqçi qeyd edib ki, bu cür hava şəraiti bir-iki gün davam edə bilər və sürücülər həmin müddətdə xüsusilə diqqətli olmalıdırlar.
Eltac Zülfüqaroğlu
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO










