Maaşlarla bağlı VACİB AÇIQLAMA - Noyabr ayının 1-dək...

Ölkədə minimum əməkhaqqının saatlıq minumum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər hazırlanır. Bəs saatlıq əməkhaqqı nə qədər olmalıdır və kimlərə aid edilə bilər?
Avtosfer.az xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, minumum əməkhaqqı Avropa ölkələrində tətbiq olunan növ olsa da, ölkəmizdə bunu saat hesabına böldükdə çox kiçik rəqəm alınır ki, həmin ölkələrlə müqayisədə çox azdır:
“İxtisası olmayan bir işçi gündə 8, həftədə 40, ayda 167 saat işləyirsə, bizdə ona 345 manatdan aşağı əməkhaqqı vermək olmaz. Bu rəqəmi saatlara böləndə 2 manat bir neçə qəpik alınır. Bu hesab Şərqi və Qərbi Avropa ölkələrində fərqlidir. Elə ölkələr var ki, maaş məbləği təxminən bizə yaxındır”.
S.Məmmədov bildirib ki, saatlıq əməkhaqqı minimum əməkhaqqı hesabına formalaşdığı üçün bu məsələ tənzimlənməli, minimum əməkhaqqı artırılmalıdır. Bu sistem iqtisadi və sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə, aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
“Bəzən çaşqınlıq yaranır ki, saatlıq əməkhaqqı sisteminə keçməklə bütün maaşlar saatla hesablanacaq. Bu səhv düşüncədir. Həmin sistem yalnız minimum əməkhaqqı üçün nəzərdə tutulub. Minimum əməkhaqqı saatla hesablanarsa, hər saata uyğun olaraq normadan az maaş verilə bilməz”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim olunması nəzərdə tutulub.
(publika.az)
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO











