Maşında odsöndürənin olmamasına görə sürücü cərimələnə bilər? - Qanun belə deyir...

Son vaxtlar texniki baxışa gedən sürücülər Avtosfer.az saytının qaynar xəttinə yanğınsöndürən balonlarla bağlı suallar ünvanlayırlar. Soruşurlar ki, balon necə olmalıdır, yoxdursa, bunun cəriməsi nə qədərdir?
Əvvəlcə cərimə məsələsindən başlayaq. Bu məsələdə bizim qanunvericilikdə ciddi qüsur var. Belə ki, bəziləri elə düşünürlər ki, avtomobildə yanğınsöndürən balon olmadığına görə DYP əməkdaşı sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 518-ci maddəsi üzrə məsuliyyətə cəlb edə bilər. Lakin bu yanlış fikirdir.
İXM-in 518-ci maddəsinin mətni belədir: Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, bəli, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə heç bir cərimə nəzərdə tutulmayıb.
İXM-nin 518-ci maddəsi üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 518-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil. Digər tərəfdən, Dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının istər yolda, istər DYP postunda, istərsə də vətəndaşın şəxsi qarajında və ya həyətində hər hansı avtomobilə baxış keçirmək, odsöndürənin olub-olmadığını yoxlamaq və kimisə məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Məhz bu səbəbdən 518-ci maddənin sürücülər barəsində tətbiqi istisna olunur. Bu maddə gəmi, qatar, təyyarə, metro kimi nəqliyyatda, habelə müəyyən sayda nəqliyyat vasitələri olan daşıyıcı təşkilatlarda (məsələn, təhlükəli yük daşıyan avtomobilləri olan təşkilatda, avtobus parkında və başqa belə hallarda), özü də ümumi yanğın təhlükəsizliyi vəziyyətinə nəzarət gedişində tətbiq oluna bilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin 339 saylı qərarına əsasən minik avtomobillərində 1 ədəd 2 kiloqramlıq, 3.5 tondan 12 tonadək olan nəqliyyat vasitələrində 2 ədəd 2 kq və ya 1 ədəd 5 kiloqramlıq, 12 tondan çox olan nəqliyyat vasitələrində isə 2 ədəd 5 kq və ya 1 ədəd 10 kiloqramlıq odsöndürən olmalıdır. Eyni zamanda avtobuslarda 1 ədəd 4 kiloqramlıq odsöndürən olmalıdır.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












