Banner

Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO

Öyrənək 22 Yanvar 2026 11:30
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobili yerindən tərpədərkən yol-nəqliyyat hadisəsinin baş vermə ehtimalı hər zaman mövcuddur. 

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “AvtoFM” radiosunun efirində çıxışı zamanı bu məqama diqqət çəkib.

Məşqçi bildirib ki, yol hərəkəti qaydalarına əsasən, sürücü hərəkətə başlamazdan əvvəl sol güzgüyə baxmalıdır. Lakin bu tələbin təkbaşına kifayət etmədiyini qeyd edən Aqil Rəhimov vurğulayıb ki, təhlükəsizliyin təmin olunması üçün sürücülər üç güzgü sistemindən istifadə etməlidirlər.

Onun sözlərinə görə, xüsusilə ticarət mərkəzlərinin, yaşayış binalarının yaxınlığında insanlar yorğunluq səbəbindən avtomobillərə sağdan, soldan və ya arxa hissədən söykənə bilirlər. Bu zaman sürücü yalnız sol güzgüyə baxaraq hərəkətə başlasa, avtomobilə söykənmiş şəxsin yıxılma riski yarana bilər. Belə hallarda baş verən hadisələrdə sürücünün də müəyyən məsuliyyəti formalaşır.

İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA

Aqil Rəhimov qeyd edib ki, nəqliyyat vasitəsinə görə əsas cavabdeh şəxs sürücüdür və bu səbəbdən hərəkətə başlamazdan əvvəl ətraf mühitə tam nəzarət vacibdir. O, sürücülərə konkret ardıcıllıqla hərəkət etməyi tövsiyə edib.

Belə ki, avtomobilə əyləşdikdən sonra əvvəlcə sağ güzgüyə baxılmalı, nəqliyyat vasitəsinə söykənən şəxsin olub-olmaması yoxlanılmalıdır. Əgər kimsə avtomobilə söykənibsə, uzun və aqressiv siqnallar vermək əvəzinə, qısa və mədəni siqnal vasitəsilə xəbərdarlıq etmək daha məqsədəuyğundur.
Daha sonra orta güzgüyə baxılmalı, avtomobilin arxa hissəsində təhlükə olub-olmadığı dəqiqləşdirilməlidir. Yalnız bundan sonra sol güzgüyə baxaraq hərəkətə başlamaq tövsiyə olunur.

Qəza əleyhinə kursların məşqçisi sonda bildirib ki, şəhər daxilində səs siqnalından yalnız qəzanın qarşısını almaq məqsədilə istifadə olunmalıdır və sadə təhlükəsizlik qaydalarına əməl etməklə bir çox yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkündür.

Eltac Zülfüqaroğlu

Oxunub 554
ŞƏRH YAZ
Ad

E-mail

Şərh