Maşının bu detatalı işləməsə, sürücüləri nə gözləyir? – AVTOMOBİL USTASI AÇIQLADI - FOTO

Maşını işə saldıqda hər şey qaydasında görünə bilər, amma əslində avtomobilin elektrik sistemində görünməyən kiçik bir detal bütün prosesi idarə edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitələrinin idarəetməsində ən böyük yükü məhz onun dinamosundakı fırçalar daşıyır. Bu hissə balaca ölçüsünə baxmayaraq mühərrikin işləməsi, akkumulyatorun dolması və avtomobilin elektrik cihazlarının düzgün fəaliyyət göstərməsi üçün vacib rol oynayır. Bu mövzu sürücülərdə müəyyən suallar yaradır.
Əgər bu fırçalar sıradan çıxarsa, sürücü ilk baxışda səbəbini anlamaya bilər: işıqlar zəifləyər, akkumulyator tez boşalar, hətta mühərrik gözlənilmədən dayanma təhlükəsi ilə üz-üzə qalar. Maraqlıdır ki, dinamonun zəif yükləməsi həmişə yalnız fırçaların günahı olmur, digər nasazlıqlar da buna səbəb ola bilər.
Bəs sürücülər fırçaların yeyilib sıradan çıxdığını necə anlaya bilərlər? Ən əsası, bu problem yaşanmadan əvvəl hansı məqamlara diqqət etməlidirlər?
.jpg)
Məsələ ilə bağlı avtomobil ustası Abdulla Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobilin elektrik sistemində görünməyən, amma mühüm rol oynayan hissələrdən biri dinamo fırçalarıdır:
“Bu kiçik element dinamonun rotoruna elektrik cərəyanı ötürür və beləliklə, akkumulyatorun dolmasını, elektrik cihazlarının isə normal işləməsini təmin edir. Fırçalar sıradan çıxanda isə problemlər birdən ortaya çıxır: akkumulyator tez boşalır, faralar və göstəricilər zəifləyir, radio və kondisioner kimi avadanlıqlar düzgün işləməyə bilər. Bəzən hətta mühərrikdə dalğalanmalar müşahidə olunur və nadir hallarda gözlənilmədən dayanma təhlükəsi yarana bilər”.
Usta qeyd edib ki, fırçaların yeyildiyini müəyyən etmək mümkündür:
“Bunun üçün dinamonun voltajını ölçmək, 13,8–14,5 volt aralığında olub-olmadığını yoxlamaq kifayətdir. Gözlə baxanda isə fırçalar aşınmış, qısalmış və ya köhnəlmiş görünə bilər. Bəzən onların sərbəst hərəkət etməməsi və ya yapışması da aşınmanın əlamətidir. Eyni zamanda, avtomobilin işığında və elektrik sistemində qeyri-sabitlik müşahidə olunması da xəbərdarlıq siqnalıdır. Lakin dinamonun zəif yüklənməsi həmişə yalnız şotkalardan qaynaqlanmır. Problemin səbəbi rotor və statorun nasazlığı, voltaj requlyatorunun sıradan çıxması, kabel və bağlantılardakı korroziya və ya qırılmalar, hətta akkumulyatorun özünün zəifləməsi ola bilər”.
Abdulla Məmmədoun sözlərinə görə, sürücülər bu problemin qarşısını almaq üçün müəyyən tədbirlər görə bilərlər:
“Fırçaların və ümumilikdə dinamonun mütəmadi yoxlanılması, servis intervalına riayət etmək, akumulyatoru düzgün vəziyyətdə saxlamaq, elektrik sistemində qeyri-adi səslərə və işıq dalğalanmalarına diqqət yetirmək, aşınmış və ya qırılmış şotkaları vaxtında dəyişmək bunlardan ən önəmliləridir. Belə yanaşma avtomobilin elektrik sisteminin sağlamlığını qorumaqla yanaşı, qəfil dayanma və əlavə təmir xərclərinin qarşısını da alır”.
Fidan
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










