Maşının qapısını açıq qoyub “2 dəqiqəlik” marketə gedənlərin NƏZƏRİNƏ - VİDEO

Öyrənək 24 İyun 2024 16:25 Oxunub 5532
Maşının qapısını açıq qoyub “2 dəqiqəlik” marketə gedənlərin NƏZƏRİNƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi vətəndaşlar avtomobilin salonunda temperaturu stabil saxlamaq üçün kondisionerini, yaxud sobasını işlək vəziyyətdə qoyub maşını tərk edir. İşinin qısa müddət çəkəcəyini düşünüb avtomobilin qapısını açıq saxlayır və banka, marketə, hansısa obyektə girir. Geri döndükdə isə artıq avtomobilinin oğurlandığını görür. Məsələ ilə bağlı DİN də vətəndaşlara dəfələrlə müraciət ünvanlayıb.

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında deyib ki, bütün müraciətlərə baxmayaraq hələ də belə hallar təkrarlanır və bir çox avtomobil oğurluğu ilə bağlı faktlar məhz bu səbəbdən baş verir.

“Doğrudur, polisin operativ əməliyyat tədbirləri nəticəsində bunun qarşısı alınır, qaçırılmış nəqliyyat vasitələri qısa müddətdə tapılır və sahibinə qaytarılır. Cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilir. Amma elə hallar da ola bilər ki, avtomobil tapılmasın. Çünki oğru avtomobili tapılması mümkün olmayan bir yerdə gizlədə, hissələrə bölüb sata bilər. Sonda siz o avtomobilin əvəzinə onun sadəcə bir-iki detalını əldə edə biləcəksiniz. Ona görə diqqət etməli olduğumuz bəzi tələblər var”.

Ekspert qeyd edib ki, “Yol Hərəkəti Haqqında” qanunda bu məsələ ilə bağlı cərimələr nəzərdə tutulmasa da əməl etmək tövsiyyə olunur. Belə ki, 5.51 və 5.52 nişanları ilə işarələnmiş yol sahələrində avtomil saxlamaq qadağandır. 

Ekspert onu da əlavə edib ki, paytaxtda yalnız bir neçə küçədə bu işarəyə rast gəlmək mümkün olsa da vətəndaşlar avtomobilin qapısını açıq saxlamağın təhlükəli olduğunu unutmamalıdır.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh