Maşının təkəri ilə "krılosu" arasında neçə barmaq məsafə olmalıdır?

“VAZ” markalı avtomobil sürücüləri son vaxtlar konstruksiya elementləri ilə bağlı redaksiyamıza çoxsaylı suallar ünvanlayırlar. Bəzi sürücülər asqı sisteminin (peredokun) neçə barmaq olmasını soruşurlar və iddia edirlər ki, yol polisi əməkdaşları onları saxlayarkən barmaqlarını təkərlə qanad arasına salırlar. Məsafə 4 barmaqdan artıq olan halda “konstruksiyaya dəyişiklik olunub”- deyərək cərimə yazırlar.
Bəs təkərlə qanad arasında (krılo arasında) neçə barmaq məsafə olmalıdır? – Görək qanun nə deyir.
Öncə onu qeyd edək ki, asqı sisteminin barmaqla, qeydiyyat şəhadətnaməsi ilə ölçülməsi düzgün hesab olunmur. Ümumiyyətlə nə qanunvericilikdə, nə də ki, istehsalçının məlumatlarında təkərlə qanad arasında nə qədər məsafə olması haqqında heç nə yazılmayıb. Əsas odur ki, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmasın və ya dəyişdirilməsin. Məsələn, sürücü asqı sisteminə müdaxilə etməklə əlavə qurğular quraşdırıb maşının önünü qaldırırsa, deməli bu, qanundan kənar hərəkətdir. Bu cür hərəkətə görə, qanunvericilikdə məsuliyyət də nəzərdə tutulub. Lakin asqı sistemində istismar müddətini başa vurmuş ehtiyyat hissələrini yenisi ilə əvəz edən zaman təkərlə qanad arasında məsafə artırsa, burada sürücünü heç bir məsuliyyət gözləmir. Eyni zamanda avtomobilin yük yeri yüklənərkən arxa hissə kifayət qədər aşağı düşürsə, yenə də sürücü məsuliyyətə cəlb oluna bilməz. Yol polisi sürücünü yük daşımaya görə o halda cərimə edə bilər ki, istehsalçının müəyyən etdiyi kəmiyyətdən artıq yük vursun. Buna görə isə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub.
Elmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












