Banner

Dezinformasiya ilə mübarizədə medianın rolu təqdirəlayiqdir - FOTO

Öyrənək 11 Oktyabr 2024 17:00 Oxunub 764
Dezinformasiya ilə mübarizədə medianın rolu təqdirəlayiqdir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün  Mətbuat Şurasının "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda media nümayəndələrilə birlikdə konfransl keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Biznes Mərkəzində baş tutan konfransda açılış nitqi ilə danışan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın fəaliyyəti təqdir olunmalıdır:

"Dezinformasiyaya qarşı mübarizədə medianın, xüsusilə də televiziyaların fəaliyyətini yüksək qiymətləndirirəm. Medianın İnkişafı Agentliyi və Azərbaycan Televiziyasının birgə təşkil etdiyi "MediaLab" layihəsini də uğurlu hesab edirəm.

Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə tədbir zamanı çıxışında qeyd edib ki, bu gün texnologiyanın inkişafı ilə hər şeyi informasiya həll edir:

"Artıq informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır".

Konfransda çıxış edən Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov deyib ki, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkənin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağırışlarındandır:

"Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir. Media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan vermiş, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olub. İlk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək, sistemli, konseptual yanaşma sərgiləyib.

44 günlük Vətən Müharibəsində qazanılan qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub".

Daha sonra çıxış edən Mətbuat Şurası idarə heyətinin üzvləri dezinfotmasiya ilə mübarizədə tətbiq edilən mexanizmlərdən, inzibati və hüquqi modellərdən, həmçinin sosial mediada rəqabətlilik, cəmiyyətin peşəkarlıq gözləntilərindın danışıb.

Yekunda konfransın siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolundan danışılıb və yekun sənədi qəbul edilib. Media subyektlərinə Mətbuat Şurası tərəfindən bir sıra tövsiyyələr diqqətə çatdırılıb.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh