Miкayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur - FOTO - VİDEO

Öyrənək 5 İyul 2024 15:24 Oxunub 276
Miкayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri davam etdirilir.

Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə aparılır.

Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.
.    
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də aparılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh