Mühərrik işləyərkən taxometrin göstəricisi niyə tərpənir? – Avtomobil ustası SƏBƏBLƏRİ AÇIQLADI - VİDEO

Avtomobil sahiblərinin tez-tez qarşılaşdığı, lakin bəzən gizli görünən bir problem var. Hansı ki, isti mühərrikdə taxometr iynəsinin qeyri-adi hərəkətləri sürücülər arasında ciddi müzakirələrə səbəb olur. Avtosfer.az xəbər verir ki, daha çox texniki müdaxilədən sonra ortaya çıxan bu vəziyyət, hər bir sürücünü narahat edə biləcək sualları gündəmə gətirir: Əsl səbəb nədir və bu hal nə qədər ciddidir?
Yaxın günlərdə avtomobil sahibi saytımıza müraciət edərək, məhz bu vəziyyəti dilə gətirib. O, bildirir ki, “zaslonka” (boğaz klapanı) təmizləndikdən və adaptasiya edildikdən sonra mühərrik qızdıqda taxometr iynəsi əvvəllər müşahidə olunmayan bir formada aşağı düşməyə başlayıb. İşin maraqlı tərəfi isə odur ki, bu təmizlənmədən əvvəl belə bir hal qətiyyən yox idi. Bu dəyişiklik avtomobilin “nəfəs” sisteminə edilən müdaxilənin bir nəticəsidir, yoxsa sadəcə təsadüfi bir problemin başlanğıcı?
.jpg)
Məsələ ilə bağlı Avtomobil ustası Adbulla Məmmədov saytımıza açıqlamasında bildirib ki, boğaz klapanı (zaslonka) təmizləndikdən və adaptasiya edildikdən sonra isti mühərrikdə boşda işləmə dövrlərinin (taxometr iynəsinin) aşağı düşməsi, avtomobil ustası kimi tez-tez qarşılaşdığımız, lakin əslində çox sadə bir səbəbi olan haldır.
“bu bir qüsur yox, təmizlənmənin birbaşa nəticəsidir. Məsələnin kökündə avtomobilin elektron idarəetmə bloku ilə boğaz klapanının necə işləməsi dayanır.
Boğaz klapanı uzun müddət işlədikcə onun divarlarına və klapanın özünə qalın bir çirk qatı yığılır. Bu çirk qatı, əslində, klapan tam bağlandığı zaman hava üçün kiçik bir “yol” yaradır. Mühərrikin idarəetmə bloku bu çirki və onun yaratdığı artan hava axınını zamanla “öyrənir” və buna uyğun olaraq boşda işləmə dövrlərini (məsələn, 800-900 dövr/dəq) saxlamaq üçün yanacaq və hava balansını tənzimləyir.
Bu zaman siz boğaz klapanını açdınız və bütün çirk qatını sildiniz. Klapan indi “idealdır” və tam bağlandığı zaman havaya heç bir əlavə keçid yeri qoymur. Ancaq problem ondadır ki, mühərrikin idarəetmə bloku hələ də köhnə, çirkli klapanın parametrlərini yadda saxlayır. Düşünür ki, klapanda o köhnə çirkdən yaranan əlavə hava dəliyi var və buna uyğun olaraq yanacaq, hava qarışığını tənzimləyir”.
Avtomobil ustası qeyd edib ki, mühərrik soyuq olduqda, adətən daha yüksək boşda işləmə dövrlərini saxlamaq üçün klapanı bir qədər daha çox açır. Bu səbəbdən soyuq mühərrikdə problem o qədər də hiss olunmur. Lakin mühərrik işləmə temperaturuna qızdıqda, mühərrik normal boşda işləmə dövrlərinə keçməyə çalışır. Təmizlənmiş klapan tam bağlandığı üçün lazımi qədər hava daxil olmur, nəticədə dövrlər kritik həddə (məsələn, 500-600 dövr/dəq) düşür və taxometr iynəsi aşağı “oynayır”. Bu cür hallarda əsas həll yolu Mühərrik idarəetmə sisteminə klapan parametrlərini tam şəkildə yenidən öyrətməkdir. Bu proses peşəkar diaqnostika cihazı ilə aparılmalı və klapanın sıfırlanması daxil olmaqla, bəzən sadəcə cihazla deyil, həm də “yolda öyrətmə” (driving cycle) metodu ilə tamamlanmalıdır. Bu o deməkdir ki, usta adaptasiyanı aparsa da, bəzi avtomobillərdə mühərrik bu yeni parametrlərə tam uyğunlaşması üçün müəyyən bir kilometr (məsələn, 50-100 km) müxtəlif şərtlərdə sürmək tələb oluna bilər”.
Fidan
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı










