Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları ilə əlaqədar təlim keçirilib - FOTO - VİDEO

Öyrənək 16 Fevral 2026 23:51
Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları ilə əlaqədar təlim keçirilib - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda praktiki təlim keçirib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib. Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxunub 152
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh