Normal sürətlə hərəkət edərkən orta zolağı tutmaq daha təhlükəsizdir – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə yol hərəkəti zamanı zolaq seçiminin vacibliyi ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, intensiv hərəkət olan ərazilərdə sol zolaqda hərəkət ciddi risklər yarada bilər.
O bildirib ki, Fətəli xan Xoyski küçəsi kimi yollarda qarşı zolağa qəfil çıxmalar mümkündür. Bu halda sürücü sol zolaqda olarsa, qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riski artır. Eyni zamanda, solda dayanmış avtomobillərin arxasından piyadaların qəfil çıxması ehtimalı da yüksəkdir və bu, yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Aqil Rəhimovun sözlərinə görə, normal sürət rejimində hərəkət edən sürücülər üçün yolun sağ hissəsi boş olduqda sağ zolaq daha uyğundur. Yolun sağ tərəfində bordürlər, ağaclar, dayanmış avtomobillər və digər maneələr varsa, orta zolaq daha təhlükəsiz seçim hesab olunur.
Məşqçi qeyd edib ki, avtobus zolağı olan yollarda da ən təhlükəsiz hərəkət zolağı orta zolaqdır. Onun fikrincə, sol zolaq risk baxımından ən təhlükəli zolaq sayılır və yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti məhz bu zolaqda baş verir.
“Üç zolaqlı yollarda normal sürətlə hərəkət edirsinizsə, ən təhlükəsiz seçim orta zolaqdır. Sürücülər bunu nəzərə almalı və öz təhlükəsizliklərini qorumalıdırlar”, – deyə Aqil Rəhimov vurğulayıb.
Eltac Zülfüqaroğlu
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO










