Növbəti qurban siz olmayasız deyə bu səsə qulaq asın - VİDEO

Məlum olduğu kimi, Azərbaycanda özünü bank əməkdaşı kimi təqdim edib müştəriləri aldadan şəxslərlə bağlı çoxsaylı şikayətlər var. Bu dəfə bənzər hadisə tanınmış texno-bloqer Fərid Pərdəşünasın başına gəlib. Özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən şəxs bloqerin dostuna zəng edərək şəxsi bank parollarını istəyib. Zəngə cavab verən F. Pərdəşünas telefon danışığının səs yazısını yayıb.
O qeyd edib ki, bu dəfə kibercinayətkarlar saxta nömrədən “spoofing” ilə zəng ediblər: “Kapital Bank adından “spoofing” ilə mesaj göndərilir. Əsas məqsəd “BirBank”a girmək üçün köhnə dediyi parolu ələ keçirməkdir. Amma gedişatda fərqli şeylər peyda olur. Bu, yeni növ kiberhücumdur. Dostlarınıza, xüsusən valideynlərinizə bunu göndərin”.
F. Pərdəşünas zəngin sonunda həmin şəxsə bu barədə iradını bildirir və özünü bank əməkdaşı kimi təqdim edən adam telefonu söndürür.
Qeyd edək ki, son vaxtlar özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşların bank məlumatlarını ələ keçirmək istəyən kiberhücumlar geniş yayılıb. Oktyabrın əvvəlində Kapital Bank adından kiberdələduzluq edən dəstə saxlanılmışdı. Vətəndaşlara zəng edən və sms yazan dəstə üzvləri həmin şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb ediblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb. Həmçinin məlum olub ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb.
Ötən gün isə Daxili İşlər Nazirliyi kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edərək sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşları diqqətli və internet resurslarında ayıq-sayıq olmağa çağırıb.
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










