Parkinqə girəndə bunu etməyənlər cərimə olunacaq – Sürücülərə TÖVSİYƏ - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov paytaxtda parkinqlə bağlı sürücülərin tez-tez rastlaşdığı bir problemə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, o, xüsusilə 15 dəqiqəlik pulsuz dayanma qaydasını düzgün tətbiq etməyən sürücülərin cərimə ilə üzləşdiyini deyib.
Onun sözlərinə görə, bir çox sürücü parkinq ərazisinə daxil olduqdan sonra “15 dəqiqəsi pulsuzdur” düşünərək, ya mesaj göndərmir, ya da proqram vasitəsilə aktivləşdirmir. Nəticədə, AYNA əməkdaşları tərəfindən cərimələnirlər:
“Bir neçə nəfər yazır ki, parkinq zonasına girdim, 15 dəqiqəsi pulsuzdur, amma mənə cərimə yazdılar. Burada bilməyənlər üçün vacib bir məsləhət vermək istəyirəm: parkinq ərazisinə daxil olan kimi mütləq qeydiyyat aparın. 15 dəqiqə pulsuzdur, amma sistem bu imkandan istifadə etmək üçün qeydiyyatın aparılmasını tələb edir,” – deyə Aqil Rəhimov bildirib.
Məşqçinin sözlərinə görə, bəzi sürücülər avtomobilin içində olduqları halda belə qeydiyyat etmədikləri üçün cərimədən yayına bilmirlər:
“AYNA-nın nəzarət maşınları yaxınlaşanda qeydiyyat yoxdursa, siz maşının içində olsanız belə, dərhal cərimə tətbiq olunur. Gələn kimi qeydiyyat edin ki, problem yaşanmasın.”
O əlavə edib ki, 15 dəqiqəlik pulsuz dayanmanın bir özəlliyi də var: əgər sürücü dayanma müddətini uzadaraq ödənişli dəqiqələrə keçirsə, həmin ilk 15 dəqiqə də ümumi ödənişə əlavə olunur.
Aqil Rəhimov sürücüləri diqqətli olmağa və parkinq qaydalarına düzgün əməl etməyə çağırıb:
“Əsas məqsəd budur ki, problemi özünüz yaratmayasınız. Qeydiyyatı aparın və rahat şəkildə işinizə davam edin”.
Eltac Zülfüqaroğlu
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək










