Piyadavurmalara səbəb nədir? - ARAŞDIRMA

Son vaxtlar piyadalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Piyadavurmalar ümumi yol nəqliyyat hadisələrində çox geniş yer tutmağa başlayır və bu da hər kəsi narahat edir.
Avtosfer.az bildirir ki, yol hərəkəti təhlükəsizliyi baxımından piyadaların hərəkətinə tam nəzarət etmək, onları fəaliyyətini izləmək və qaydalar çərçivəsində müəyyən işlər görmək hələ də mümkün deyil. Çünki, piyadalarla bağlı bir müddət əvvəl tətbiq edilən cəzalar, sonradan yumşaq mexanizmlə əvəzləndi. Ola bilsin düşünüblər ki, artıq piyadalar nizam-intizama əməl edirlər, onların bu qədər nəzarətdə saxlanılmasına ehtiyac yoxdur.
Lakin son nəticələr onu göstərir ki, heç bir irəliləyiş yoxdur. Əksinə piyadalarla bağlı vəziyyət daha acınacaqlıdır. Yol-nəqliuyyat hadisələrində ümumi ölüm hallarının 50 faizdən çoxu piyadavurmaların payına düşür.
Piyadaların keçidlərindən kənarda vurulması halları daha çoxdur. Burada bir çox amillər var: piyada məsuliyyətsizliyi, avtomobilləri ciddi qəbul etməmələri, özlərinə güvənmələri və yaxud yolda özlərinə nəzarət etməmələrini misal göstərmək olar. Qulaqcıqdan istifadə edirlər, mobil telefona baxırlar və yolu diqqətsiz şəkildə keçirlər, ətrafda baş verənlərə reaksiya zəif olur, eyni zamanda yolların işıqlandırılmaması da bu problemlərdəndir.
Yolların işıqlandırılması və piyadalara nəzarət mexanizmasının daha da gücləndirilməsi vacibdir. Həmçinin piyadalara yazılan cərimələr illərlə ödənilmir, çünki, heç bir məsuliyyəti yoxdur, hardasa işləmir və cəza mexanizmi boşluqda qalır. Həmin adam hiss edir ki, cəriməni illərlə ödəməsə də heç bir problem olmur. Ona görə də insanların şəxsi informasiya məlumatlarını əldə edib baxsaq görərik ki, il ərzində 9-10 dəfə piyada kimi cəzalandırılmış şəxslər var. Bu insanlara qarşı cəza mexanizmi daha da sərt olmalı və nəzarət tədbirləri yenə də əvvəlki qaydada gücləndirilməlidir. Düşünürəm ki, piyadaları bu şəkildə boş buraxmaq daha ağır faciələrə səbəb olacaq.
Orxan
Qeyd: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












