Qarlı havada qəza törətməmək üçün nə etməliyik? - Aqil Rəhimovdan məsləhət - VİDEO

Məlumdur ki, əlverişsiz hava şəraitində, xüsusilə qarlı havada qəza riski daha da artır. Buna ilkin səbəb yolların buz bağlamasıdır. Yolun bu halda təhlükəli olduğunu nəzərə almayan bəzi sürücülər isə sürət həddini aşırlar, yaxud lüzumsuz manevrlər edərək qəzalara səbəb olurlar. Digər tərəfdən nəqliyyat vasitəsinin hava şəraitinə uyğun təchiz olunmaması da ani yol-nəqliyyat hadisələrinə gətirib çıxarır.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sosial şəbəkə hesabında paylaşım edib: “Əlverişsiz hava şəraitində çölə çıxmağa məcbursunuzsa qış təkərlərindən istifadə etməlisiniz. Lakin paytaxt ərazisində qarlı havanın 2-3 gün davam etdiyi üçün qış təkəri almaq pul məsrəfidir. Bəs belə havada nə etmək lazımdır? Qarlı havada M+S (Palçıq + Qar) hər fəsil təkərlərindən istifadə edin. Bundan başqa təkərlərin havasını 30 faiz azaldın. Məsələn, 2 atmosferdisə 1,5 yaxud 1,2 atmosferə salın. Maşının şinlərinə zəncir taxın. Lakin dəmir zəncirlər asfalta zərər verdiyi üçün çalışın plastik materialdan olan zəncirlərdən istifadə edin. Digər önəmli məqam nəqliyyat vasitəsini aşağı sürətlə idarə etməlisiniz. Yəni, maşını 10-15 km/saat sürətlə sürün və kifayət qədər ara məsafəsi saxlayın. Nəqliyyat vasitəsini 20 km/saat sürətlə idarə edirsinizsə öndəki avtomobilə 10 metrdən yaxın getməyin. Mühərrikin tormozlanmasından son anda istifadə edin, çünki maşın sürüşəcək. Bundan əlavə avtomobilin sürətlər qutusunun üzərində D-dən başqa D1, D2 və ya L1, L2 (1,2) hissələri olur. Siz qarlı havada onu 1-ci pilləyə keçirin. Bu o deməkdir ki, sürətlər qutusu 1-ci pillədən o tərəfə keçmir. Belə ki, sürət aşağı olur, amma maşının gücü çox olur və sürüşmə şansı azalır. Son məsləhətim odur ki, marşrutları seçərkən düz yol olmasına diqqət edin. Eniş və ya yoxuş yollar seçməyin. Bunları etsəniz mənzil başına qəzasız-bəlasız çatacaqsınız”.
Nərmin
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO










