Qatar biletlərinin qiyməti dəyişəcək: güzşətlər GƏLİR - EKSPERT İZAH ETDİ - VİDEO

Azərbaycan Dəmir Yolları loyallıq proqramına start verməsi ilə yeni qiymət siyasətinə keçid etdi. Həyata keçiriləcək dinamik qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək.
Avtosfer.az xəbər verir ki, noyabr ayının 1-dən etibarən, bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Eyni zamanda Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.
Məsələ ilə əlaqədar açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qiymət artımlarının əsasında xidmət keyfiyyətlərinina artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi dayanır:

“Azərbaycan Dəmir Yollarında uzun illər təmir və bərpa işləri aparılmayıb. Bəzi istiqamətlərdə olan qatarların xətləri təxminən 20-30 il istismar olunsa da təmir olunmayıb. Hazırda böyük xərclər hesabına həmin xətlərin təmiri həyata keçirilir və təhlükəsizlik tədbirləri gücləndirilir. Bu tədbirlərdən sonra bu istiqamətlərdə qatarların sürətli və daha tez, vaxtında mənzil başına çatması təmin ediləcək ki, bu da sərnişinlərin rahatlığı üçün həyata keçirilən işlərdən biridir. Dəmir yolu ilə sərnişin və yükdaşımaları artırmaq əsas hədəflərdən biri olmalıdır. Çünki həm təhlükəsiz, həm də digər hərəkət iştirakçılarını narahat etmədən həyata keçirilən səfərlər məhz dəmir yolu ilə təşkil olunur. Son dövrlərdə ADY rəhbərliyi tərəfindən atıllan addımlar nəticəsində bəzi xətlər əsaslı şəkildə təmir edilərək istifadəyə verilib, bəzi vağzallarda WiFi şəbəkəsi sərnişinlərin istifadəsinə verilib. Bununla da daha rahat və təhlükəsiz dəmiryolu daşımaları həyata keçirilir”.
Elməddin Muradlının şərh verdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO











