Qızdırılan oturacaq sistemləri kişilərdə cinsi zəifliyə səbəb olur? – ARAŞDIRMA

Öyrənək 20 Aprel 2026 14:00
Qızdırılan oturacaq sistemləri kişilərdə cinsi zəifliyə səbəb olur? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillərdə rahatlığı artırmaq üçün istifadə olunan qızdırılan oturacaqların sağlamlıq baxımından risk yarada biləcəyi ilə bağlı xəbərdarlıqlar gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, xüsusilə qış aylarında geniş istifadə olunan oturacaq isitmə sistemlərinin uzunmüddətli istifadəsi kişilərdə reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər. Xarici elmi araşdırmalar və uroloqların açıqlamalarına görə, bu sistemlər sperma keyfiyyətinin azalmasına səbəb ola bilər.

Almaniyanın Giessen şəhərində yerləşən “Justus Liebig Universiteti” tərəfindən aparılan araşdırmada oturacaq qızdırıcılarının istilik təsiri öyrənilib. Nəticələrə əsasən, bu sistemlərin cəmi 90 dəqiqə istifadəsi zamanı xayaların temperaturu orta hesabla 37,3°C-yə qədər yüksəlib, bəzi hallarda isə bu göstərici 40°C-yə çatıb. Halbuki sağlam sperma istehsalı üçün həmin nahiyənin temperaturunun bədən temperaturundan təxminən 2-3°C aşağı olması tələb olunur.

Alman uroloq Herbert Sperling bildirib ki, uzunmüddətli səfərlər zamanı qızdırılan oturacaqlar insanın cinsiyyət orqanlarına mənfi istilik təsiri göstərə bilər. Onun sözlərinə görə, yumurtalıqların bədənin xaricində yerləşməsi təbii soyutma funksiyası ilə bağlıdır və əlavə istilik mənbələri bu mexanizmi pozur.

Mütəxəssislər qeyd edirlər ki, belə hallarda sperma sayında azalma, hərəkətliliyin zəifləməsi və hətta DNT strukturunda zədələnmələr müşahidə oluna bilər. Bununla belə, istilik təsiri aradan qaldırıldıqdan sonra sperma keyfiyyətinin təxminən 72 gün ərzində bərpa olunduğu və 3 ay müddətində əvvəlki vəziyyətinə qayıda bildiyi bildirilir.

Ekspertlər sürücülərə tövsiyə edirlər ki, qızdırılan oturacaqlardan uzun müddət fasiləsiz istifadə etməsinlər və xüsusilə uzun səfərlər zamanı bu funksiyanı ehtiyatla tətbiq etsinlər.

Eltac Zülfüqaroğlu

Oxunub : 618
ŞƏRH YAZ
Ad

E-mail

Şərh