Saatda 100-lə gedən sürücünün qarşısına heyvan çıxsa nə etməlidir? – Ən düzgün addım budur - VİDEO

Maşını idarə edərkən diqqətli və ehtiyatlı davranmağımız əməl etməli olduğumuz vacib nüanslardandır. Lakin bəzən bizdən asılı olmadan ekstremal vəziyyətlər baş verir. Bu halda hər şeydən öncə özümüzü itirməməliyik. Ardınca vaxt itirmədən baş verəcək qəzanın qarşısını almaq üçün hərəkətə keçməliyik.
Avtosfer.az xəbər verir ki, belə situasiyalardan biri də yüksək sürətli yolda qarşımıza qəfil heyvanın çıxmasıdır. Xüsusilə belə hadisələrə rayon yollarında tez-tez rast gəlinir. Təbii ki, bu halla qarşılaşan bir qisim sürücülər həyəcanlanır və vaxtında qəzadan yayına bilmirlər. Bəziləri isə situasiyadan çıxış yolu tapa bilmirlər. Bəs bu halda nə etməliyik?
Bu barədə çinli mütəxəssis izahlı videomaterial hazırlayıb. Belə ki, maşının sürəti 100 km/saatdan çox olduqda tələsən bir çox sürücülər qəzadan xilas olmaq üçün sükanı sağa-sola döndərməyi seçirlər. Bu halda avtomobilin idarəetmədən çıxması və maşının aşma ehtimalı olduqca yüksəkdir. Çünki nəqliyyat vasitəsini yüksək sürətlə sürərkən sükan çənbərini biraz hərəkət etdirdiyimiz zaman maşın daha çox idarəetmədən çıxır. Sərt şəkildə manevr etdiyimiz zaman isə nəticəsi kifayət qədər ağır ola bilər.
Tövsiyə edilməyən digər bir yol maşını 100 km/saatdan yüksək sürətlə idarə edərkən anidən əyləci sıxmağımızdır. Bu halda arxamızdakı sürücü vaxtında manevr etməyə bilər və bu zaman qəza qaçılmaz olacaq. Hətta zəncirvari yol-nəqliyyat hadisəsi baş verə bilər. Belə xoşagəlməz vəziyyətlə qarşılaşdığımız zaman ən güvənli yol sükan çənbərini möhkəm şəkildə tutmaq və heyvanı vurmaqdır. Təəssüf ki, bu hal mərhəmətsiz seçim hesab olunur. Lakin özümüzün və avtomobildə olan sərnişinlərin təhlükəsizliyini qorumaq, hətta zəncirvari qəzaların qarşısını almaq üçün başqa çıxış yolumuz yoxdur.
Nərmin
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA










