Sənədsiz əmlakları etibarnamə əsasında almaq TƏHLÜKƏLİDİR - Mütəxəssisdən AÇIQLAMA

Hal-hazırda Bakı və Abşeron ərazisində 500 minə yaxın çıxarışı olmayan fərdi həyət evləri var ki, bu yaşayış yerlərinin alqı-satqısı sənədi olan evlərlə müqayisədə daha ucuzdur. Aparılan araşdırmalar sənədsiz həyət evlərində alqı-satqı prosesinin daha çox getdiyini göstərir. Vətəndaşlar ya bu cür evləri alır və ya ucuz torpaq alıb fərdi yaşayış yerləri tikirlər. Hansı ki, bu yaşayış ərazilərinin çıxarışı olarsa, artıq həmin əmlakların alqı-satqısı zamanı dövlətə vergi ödənilir. Çıxarışı olmayan fərdi yaşayış evləri isə sığortalana bilmir. Təbii fəlakətlər zamanı əmlaka dəymiş zərərin bir qismini dövlət ödəyir. Lakin digər hallar baş verərsə (hər hansı bir qəza) bu zaman vətəndaşa dəyən zərər qarşılanmır. Çıxarışı olan evlərdə isə sığorta şirkətləri dəymiş maddi zərəri ödəyir.
Daha böyük problemlərdən biri də vətəndaşların qeydiyyatı ilə bağlıdır. Hansı ki, polis qeydiyyatında olan vətəndaşlar qeydiyyatdan çıxarılır və şəxsin bütün sənədləri (şəxsiyyət, sürücülük vəsiqələri, bank kartları) etibarsız sayılır. Nəticədə vətəndaş ölkədən kənara çıxa bilmir. Qeydiyyat probleminin kökündə isə onların evlərinin çıxarışının olmaması dayanır.
Təbii ki, bəzi ərazilərə çıxarışın verilməsi mümkün deyil. Lakin buna baxmayaraq qadağan olunmuş ərazilərdə belə fərdi evlər tikilir.
Sənədsiz, çıxarışı olmayan həyət evlərinin, torpaq sahələrinin notarius alqı-satqı işinə baxmır. Bu cür əmlaklar etibarnamə əsasında alınır, yaxud satılır. Bəs etibarnamə ilə aldığımız əmlaklara görə gələcəkdə hansı problemlə üzləşə bilərik?
Mövzuyla bağlı Əmlak Məsələləri üzrə mütəxəssis “AİD CONSULTİNG” əmlak şirkətinin rəhbəri Vüsal Məstalıyev ətraflı açıqlama verib. O bildirib ki, etibarnamə ilə aldığımız əmlakı öz adımıza rəsmiləşdirə bilmərik. “Etibarnamə ilə ev almaq çox təhlükəlidir. Çünki etibarnaməni satıcı istədiyi vaxt ləğv edə bilər. Eyni zamanda əgər satıcı vəfat edərsə etibarnamə öz qüvvəsini itirəcək. Hətta gələcəkdə onun varisləri iddia qaldıra bilər”.
Bəs bu cür hallardan sığortalanmaq üçün hansı tədbirlər görülməlidir?
V.Məstalıyev bu halla qarşılaşan vətəndaşları etməli olduğu tədbirləri vurğulayıb. “Bundan qorunmaq üçün bəzi addımlar atılmalı və ən azından bu sənədləri satıcıdan tələb etmək lazımdır. Fərdi yaşayış evlərində bələdiyyə sənədi ile ev alarkən öncə bələdiyyə sənədi tələb edilməli, daha sonra dövlət arxiv idarəsindən həmin bələdiyyə sənədinin sistemdə olub-olmaması ile bağlı arayış alınmalıdır. Həmin torpağın koordinatları yoxlanmalı və satıcı evlidirsə həyat yoldaşının razılığı olmalıdır. Ən əsası ilkin alqı-satqı müqaviləsi bağlanmalıdır. Çünki ilkin alqı-satqı müqaviləsində ödədiyimiz vəsait görsənir”.
Mütəxəssis, MTK-lardan da ev alınarkən də vətəndaşların diqqət etməli olduğu nüanslara toxunub. “MTK-lardan ev alarkən isə ilkin alqı-satqı müqaviləsi bağlanılmalı, satıcının və yoldaşının razılığı sənədi alınmalıdır. Bina problemlidirsə (mənzili bir neçə alıcıya satılıbsa) həmin binadan ev almazdan öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən məsələylə bağlı məlumat almaq lazımdır”.
Nərmin
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










