Şirkətlər bu maşınları sığorta etmir: diqqətli olun!

Sosial şəbəkədə bir vətəndaşın öz "Prius" markalı avtomobilini 2 gündür ki, heç bir sığorta şirkətində icbari sığortalatdıra bilməməsi barədə yazısını oxudum.
Vətəndaş sual verir: -Cərimə olunsam kim məsuliyyət daşıyacaq?
Maraqlı sualdı və cavablandırılması vacib olan sualdı. Məlumdur ki, artıq bur neçə aydır, sığorta şirkətləri özləri üçün ziyanlı hesab etdikləri avtomobil marka və modellərini təyin ediblər və bu tip avtomobillər üçün qara siyahı tərtib ediblər. Bu avtomobillərin sığorta vasitəçiləri tərəfindən sığortalanmasına qeyri-rəsmi qadağa qoyulub.
Sosial layihə olan, "avtomobilıərin icbari sığortası" məhsulu hər bir sürücü üçün məcburidir və sığortasız avtomobil sürücüləri 50 azn məbləğdə cərimə olunurlar. Bu qanunun tələbidir. Qanunun digər tələbi, sığorta şirkətlərinə hər hansı bir avtomobilin icbari sığortalanmasından imtina etməmək barədə hüququn verilməməsidir.
Bəs onda nə baş verir?
Sığorta şirkətlərinin yanaşmasına görə, bir sıra avtomobil markaları ciddi risk daşıyıcılarıdır və bu kimi avtomobilıərin icbari sığortalanması, şirkətləri böyük maliyyə itkiləri ilə üzbəüz qoyur. Məsələnin bu hissəsində sığorta şirkətləri ilə razıyam. Taksi fəaliyyəti ilə məşğul olan bir çox avtomobillər var ki, həqiqətən çox tez-tez qəzalar törədirlər və "bonus-malus" sisteminin tətbiqi ilə əlaqədar, çox aşağı məbləğ sığorta haqqı qarşılığında, şirkətlərə 3-5 min, bəzən isə daha çox məbləğ ziyan vururlar. Digər tərəfdən bu marka-model avtomobillərin hamısı taksi xidmətinə cəlb olunmayıb və bir çox vətəndaşlar belə avtomobilləri öz şəxsi məqsədləri üçün istifadə edirlər. Nəticədə digər vətəndaşların da haqqına girilir və necə deyərlər "qurunun oduna yaş da yanır". Problem mövcuddur.
Bəs bu problemin həlli yolu nədir?
Problemin həllini, sığorta şirkətləri agentlərə komissiya verməməkdə və onları bir növ bazardan vurub çıxartmaqda gördü. Belə yanaşma nə dərəcədə effektiv oldu? Demək olar ki, tam əks effekt verdi və problemi bir qədər də dərinləşdirdi. Sığorta agentləri illər ərzində yığdıqları müştəri portfellərini sürətlə itirdilər və bir çox sığorta ofisləri bağlandı. Onsuz da bərdad olan sığorta təbliğatı daha yarıtmaz vəziyyətə düşdü. İnsanların sığortaya olan etimadı daha da azaldı. Təssüflə qeyd etmək istəyirəm ki, mövcud problemin həlli istiqamətində hər hansı bir iş aparılmır və yaxud, aparılırsa da bu barədə məlumat verilmir. İlk vaxtlardan təklif etdik ki, problem barədə KİV-lərdə açıqlama verilsin və vətəndaşlar bu barədə məlumatlı olsunlar. Təəssüf ki, eşidən olmadı. Gün ərzində 3-5, bəzən isə daha çox müraciət edən vətəndaşlara məsələ barədə izahat verməyə məcbur oluruq. Əksər hallarda müştərilər sığorta müqaviləsinin bitdiyi gün müraciət edirlər, məsələnin mahiyyətini bildikdə isə gec olur və səhəri gün cərimələnmək təhlükəsi ilə üzbəüz qalırlar. Problem mövcuddur və həllini tapmalıdır. Bunu həll etməli olan qurumlar hərəkətə keçməlidirlər. Ümid edək ki, yaxın vaxtlarda bu sahədə əsaslı addımlar atılacağının şahidi olacağıq.
Şahin İsmayılov
Sığorta agenti
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











