Sükan arxasında telefona 3 saniyə diqqət etmək qəzaya səbəb ola bilər – MÜTƏXƏSSİS - VİDEO

Sürücülərin sükan arxasında telefon istifadəsi ciddi təhlükə mənbəyi olaraq qalır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM”in efirində mövzu ilə bağlı sürücülərə mühüm xəbərdarlıq edib.
Aqil Rəhimov bildirib ki, bəzi sürücülər sükan arxasında telefonla danışmaqla yanaşı, mesaj yazmaq və oxumaqla da risk yaradırlar:
Onun sözlərinə görə, mesajı oxumaq üçün cəmi 3–4 saniyə ekrana baxmaq kifayətdir ki, önünüzə piyada çıxsın və ya başqa avtomobil ilə toqquşma baş versin.
Mesaj yazanlar və oxuyanlar bu riski bəzən nəzərə almır.
O, xüsusilə gəncləri xəbərdar edərək bildirib ki, telefon ekranına baxmaqla ani diqqət yayınıqlığı yaradır və nəticədə ciddi xəsarətlər və ya ölüm hadisələri baş verə bilər. Aqil Rəhimov sürücüləri sükan arxasında məsuliyyətli olmağa və telefon istifadəsini tamamilə dayandırmağa çağırıb, bunun həm öz həyatlarını, həm də digər insanların həyatını qoruyacağını vurğulayıb.
Eltac Zülfüqaroğlu
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - AÇIQLAMA
Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO











