Sürət həddinin azaldılması: Kim nə qazanmaq istəyir?

Avropada son aylarda sürət həddinin aşağı salıması tendensiyası geniş vüsət alıb. Bu azalma özünə tərəfdarla yanaşı əleyhidarlar da toplayıb. Bəs sürətin azaldılmasında məqsəd nədir? Məsələnin mahiyyətini anlamaq üçün bir qədər geriyə, 20-ci əsrə qayıdaq.
Avtosfer.az-ın Avropa mənbələrinə istinadla xəbərinə görə, qitədə sürət limitinin ilk ciddi tətbiq edildiyi ölkə Hitler Almaniyası olub. 1938-ci ildə maksimal sürətin 60 km/saata endirildiyi ölkədə Fürerin məqsədi yanacağa qənaət olub.
Almaniyanın qonşusu olan Fransada isə sürət həddinin artırılması sadəcə olaraq siyasi ambisiyalarla izah edilir. 1960-cı illərin sonunda sırf əhaliyə xoş getsin deyə sürət limiti 130 km/saata qaldırılır və yollarda ölüm göstəricisi ildə 16 min nəfəri keçir. Lakin heç bir sürücü sürət həddinin azaldılması fikrini yaxına buraxmır. O dövrün baş naziri Pyer Mesmer qlobal neft böhranını əsas gətirərək 1973-cü ildə sürət həddini 120 km/saata endirir. Bir sonra isə sürət tutqunu olan prezident Jorj Pompidunun qərarı ilə sürət həddi 140 km/saata çatdırılır. Jak Şirakın vaxtında isə sürət həddi yenidən 130 km/saata qaytarılır. İndi isə 110 km/saata endirilmə müzakirə edilir.
2019-cu ildə Avstrtiyada sürət limiti 130 km/saatdan 100 km/saata endirilib. Almaniyada isə sürət həddinin 120 km/saata endirilməsi müzakirə edilir. Bu yolla hökumət yollarda yaranan istixana qazlarını 3% azaltmaq istəyir.
Statistika göstərir ki, 50 kilometr yolu 130 km/saatla gedən avtomobil 110 km/saatla gedəndən cəmi 3 dəqiqə tez çatacaq. Lakin atmosferə atılan qazların həcmi 20% aşağı düşəcək.
Vyana Universitetinin əməkdaşı Barbara Laa: “Aşağı sürətlə gedərkən yanacaq sərfiyyatı da az olur. Sürət və sərfiyyat tərs mütənasibdir. Sürət artdıqca havaya müqavimət də artır və bunu dəf etmək üçün əlavə yanacaq tələb olunur.
Xanım tədqiqatçının fikrincə, sürətin azaldılması təkcə qənaətlə bağlı deyil. Aşağı sürətdə atmosferə atılan qazların azalması ilə birgə hərəkətin təhlükəsizliyi artır, səs-küy azalır.
Alim elektromobillərin sürət limitindən kənar tutulmasını da doğru hesab etmir: “Eyni hal elektromobillərə də aiddir. Sürətli hərəkət üçün daha çox enerji lazımdır”.
Dortmund Universitetinin professoru Culio Mattioli məsələyə başqa tərəfdən yanaşır: “Sürət həddi aşağı salındıqda hərəkət ləngiyir. Lakin nəqliyyatın orta sürəti artır, hərəkət daha müntəzəm olur”.
Culio Mattiolinin qənaətinə görə, sürət həddinin aşağı salınması zərərli qazların həcmini azaltmağa kömək edəcək. Lakin bu yolla bütün problemlərin aradan qalxacağını düşünmək yanlış olar. Kompleks tədbirlər mütləqdir: “Təkcə sürət limiti, elektromobilə keçid və ya ictimai nəqliyyatın yaxşılaşdırılması ilə heç nə dəyişməyəcək. Bunların üçü də eyni zamanda tətbiq edilməlidir.”
Niderlandın Delft Universitetinin əməkdaşı, nəqliyyat siyasəti üzrə professor Bert Van Vinin fikrincə, sürət limiti tətbiqi ilə paralel olaraq təbliğat da genişlənməlidir: “İnsanlara izah edilməlidir ki, yavaş hərəkət pula qənaət deməkdir”.
Alimin fikrincə, sürət həddinin aşağı salınması əhalinin uzaq yol üçün daha çevik nəqliyyata – yüksək sürətli qatarlara yönəlməsinə səbəb olacaq. Yollarda intensivliyin azalmasının bir səmərəsi dərhal hiss olunacaq: ölüm və xəsarətalma halları ciddi şəkildə aşağı düşəcək. Ekoloji faydanın hiss edilməsi üçünsə bir qədər gözləmək lazım gələcək.
Lakin bir faktı da unutmayaq ki, əksər ölkələrdə ictimai rəy sürət həddi məsələsində ikiyə bölünür: ekoloqlar, ekspertlər nisbətən aşağı sürətə tərəfdar olasalar da, sürücülərin çoxu narazıdır.
Vüqar Yaşaroğlu
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO














