Sürmək üçün etibarnamə ilə avtomobili başqasına vermək olar? - VİDEO

Etibarnamə ilə bağlı bəzi məqamlar hələ də sürücülərdə suallar yaradır. Məlum olduğu kimi iki növ etibarnamə var:
1. Əksəriyyətimizin hələ də «baş etibarnamə» (generalnaya doverennost) adlandırdığımız və avtomobilə sərəncam hüququnu ehtiva edən etibarnamə.
2. Yalnız sürmək üçün verilmiş etibarnamə.
Bəzi sürücülər bildirir ki, yalnız sürmək üçün verilən etibarnamə ilə avtomobili yanındakı şəxsə sürməyə vermək olmaz. Bu fikir tamamilə yanlışdır. Yuxarıda sadalanan hər iki etibarnamə sahiblik hüququ yaradır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin “Qeyd” hissəsində açıqlama verilib.
Məcəllənin 332.1-ci maddəsində qeyd olunub ki, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə nəzərdə tutulub”. Bu o deməkdir ki, əgər sahiblik hüququ olan şəxs, yəni avtomobilin sahibi maşında deyilsə digər şəxs maşını sürə bilməz. Bəs sahiblik hüququ dedikdə nə başa düşülür. Bunun açıqlaması 332-ci maddənin “Qeyd” hissəsində aydın şəkildə verilib: “332.1-ci maddədə “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür”. Burada aydın şəkildə yazılıb ki, həm baş etibarnaməsi, həm də sürmək üçün nəzərdə tutulmuş etibarnaməsi olan şəxs sahiblik hüququna malikdir. Deməli sahiblik hüququna malik olan şəxs özü avtomobildədirsə, yanındakı şəxsə də maşını idarə etməyə verə bilər. Belə halda heç kim məsuliyyətə cəlb edilə bilməz.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












