Sürücü eyni anda bir neçə qayda pozarsa DYP əməkdaşı onu necə cərimələyir? - VİDEO

Sürücü eyni anda bir neçə qayda pozarsa DYP əməkdaşı onu necə cərimələyir? Bu sual sürücülər üçün maraqlıdır.
Avtosfer.az xəbər verir ki, Avto FM radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bunu cavablayıb.
O bildirib ki, bir protokola üç maddə də qeyd etmək olar: “Məsələn sürücü işıqforda qırmızı işıqda keçsə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat, 3 bal, həmin işıqfordan qarşı yola çıxıb nəqliyyatın axının əksinə hərəkət edərsə 327.4-cü maddəyə əsasən 150 manat 4 bal, eyni zamanda da piyada keçidinin üzərində piyadaya yol verməsə 50 manatlıq qayda pozmuş olacaq. Yol polisi bunun üçün bir cərimə yazmır, üç qayda pozuntusunun hamısını eyni protokola yazır. Amma sürücü təkcə 150 manat məbləğindəki cəriməni ödəyəcək, əlavə olaraq isə yazılan balların hamısı sürücülük vəsiqəsinə qeyd olunacaq”.
Məhəbbət Tərlanoğlu
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır











