Sürücülər bu məsələdə əziyyət çəkir – Etibarnaməyə görə qanun dəyişməlidirmi?

Bəzi otel və restoranlarda göstərilən xidmətlərdən biri də ora gələn müştərilərin avtomobillərinin park edilməsidir. Bu xidmət xarici ölkələrdə keçmişdən mövcud olsa da, bizim ölkədə təxminən 2000-ci illərdən sonra, əsasən iri otellər və restoranlar tikildikdən sonra yaranmağa başlayıb. Öz şəxsi avtomobili ilə otelə gələn şəxs binanın giriş qapısında saxlayıb içəri daxil olur, otelin işçisi isə avtomobili sürərək parkinqə yerləşdirir. Göstərilən xidmət müştərilərdə məmnunluq hissi yaratsa da, bunun qanuni tərəfləri çoxları üçün müməmmalıdır.
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynova sual ünvaladıq. O cavab olaraq bildirdi ki, hal-hazırda sovet dövründən qalan ənənəyə görə, nəqliyyat vasitəsinin sahibi, mülkiyyətçisi avtomobildə yoxdursa onu idarə edən şəxslə sahibi birləşdirən bir sənəd olmalıdır. Həmin sənəd ya etibarnamədir, ya icarə müqaviləsidir, ya da yol vərəqəsidir. Bu sənədlər olmadığı halda otel əməkdaşı müştərinin avtomobilini ümumi istifadədə olan yerdə idarə edərsə qaydaları pozmuş hesab olunacaaq. Buna görə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub. Lakin bu hərəkət qapalı məkanlarda olarsa buna görə məsuliyyət nəzərdə tutulmayıb. Bir çox xarici ölkələrdə etibarnamə məsələsi olmadığına görə orada bu xidməti tam qanuni formada həyata keçirmək mümkündür.
Şəfa
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












