Sürücülər bu zolaqlardan istifadə etməkdən çəkinməməlidir: Heç bir cərimə yazılmayacaq - VİDEO

Öyrənək 24 Sentyabr 2024 19:45 Oxunub 1552
Sürücülər bu zolaqlardan istifadə etməkdən çəkinməməlidir: Heç bir cərimə yazılmayacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu aydan etibarən paytaxtın bəzi küçə və prospektlərində avtobus zolaqlarına bənzər yollarda nişanlama işləri aparılır.

Avtosfer.az xəbər verir ki, COP29 tədbirində iştirak edəcək qonaqların Bakıda rahat hərəkətini təmin etmək məqsədilə zolaqlar çəkilib. Zolaqların içərisində COP29 loqosu ilə yanaşı “BUS” yazısı da qeyd edilib. Sürücülər isə avtobuslar üçün ayrılmış hərəkət zolağı olduğunu düşündükləri üçün bu yolun bu hissəsinə daxil olmaqdan çəkinirlər.

Nəqliyyat eksperti Elməddin Muradlı həmin yollardan istifadə etməklə yollarda müşahidə etdiklərini şərh edərkən bildirib ki, məsələ ilə bağlı COP29 Əməliyyat Şirkəti məlumat yayıb:

“Zolaqlar COP29 tədbiri ilə əlaqədar çəkilib və konfrans ərəfəsində həmin zolaqlara yol nişanları quraşdırılana qədər digər nəqliyyat vasitələri də istifadə edə bilərlər. Lakin artıq bəzi küçələrdə görürəm ki, sürücülər həmin zolaqlara daxil olmurlar və nəticədə tıxac yaradırlar. Bu küçələrdən biri Bünyad Sərdarov küçəsidir və burada sağ zolaq COP29 zolağı olaraq ayrıılıb. İrəlidə sol tərəfdə avtomobillər park edib. İkinci cərgədə də dırnaqarası ağıllı sürücü maşını saxlayıb və həmin sürücü də hərəkəti tam məhdudlaşdırır.”

Elməddin Muradlının həmin zolaqlarla bağlı şərhinin videosunu sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh