Sürücülər gecə vaxtı niyə sayrışan işıqlar görür? – VİDEO

Bəzi sürücülər günün qaranlıq saatlarında avtomobil idarə edərkən qarşıdan gələn maşınların işıqlarından narahat olur. Bəzən isə sürücülər yolu görmür.
Bəs buna səbəb nə ola bilər? Bu zaman sürücülər nə etməlidir?
Avtosfer.az xəbər verir ki, bu barədə “AvtoFM” radiosunun efirində yayımlanan "Faydalı saat" verilişində oftalmoloq Aygün Rəhimzadə danışıb.
O, bildirib ki, gecə vaxtı qarşıdan gələn maşınların işıqlarının sayrışması, dağınıq görünməsi adətən astiqmatizm səbəbindən ola bilər: “Əgər axşam vaxtı maşın sürəndə sürücü narahatlıq hiss eliyirsə və gözündə göz quruluğu, digər xəstəlik yoxdursa, mütləq göz həkiminə müraciət etməlidir. Çox güman ki, gözündə astiqmatizm dediyimiz qırma qüsuru var. Ona görə də dağınıq, sayrışan işıqlar görür. Buynuz qişası gözün bayır zarı, ilk qoruma obyektidir. Burada olan kiçik deformasiyalar, göz quruluğu, iltihablar həddən artıq həssaslıq yarada bilir. Bu səbəbdən mütləq detallı müayinə lazımdır. Amma belə hallara sadə şəraitdə gözü tez-tez qırpmaq, yumub açmaq, yaxına uzağa fokuslamaq kömək edir”.
Məhəbbət Tərlanoğlu
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO











