SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: bu küçədə təmir işləri aparılacaq

Öyrənək 5 İyul 2024 15:31 Oxunub 240
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ:  bu küçədə təmir işləri aparılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

6 iyul saat 08:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (YOL BAĞLANMIR) 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh