SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu prospektlərdə hərəkət qismən məhdudlaşdırılır

Öyrənək 24 İyun 2024 13:03 Oxunub 256
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ:  Bu prospektlərdə hərəkət qismən məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) 25 iyun saat 08:00-dan, Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) isə 25 iyun saat 23:00-dan hərəkət  qismən məhdudlaşdırılacaq.

Avtosfer.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla bildirir ki, sözügedən prospektlərdə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh