Sürücülərin bu səhvi piyadavurma hallarını artırır- Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Tunellərdən çıxış zamanı sürətin artırılması yol-nəqliyyat hadisələri riskini ciddi şəkildə yüksəldir. Xüsusilə tuneldən dərhal sonra bəzi sürücülərin sürəti həddindən artıq artırması piyadalar üçün real təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu barədə sürücülərə xəbərdarlıq edib. Onun sözlərinə görə, tunellərin çıxış hissələrində piyadaların qəfil və nəzarətsiz şəkildə yolu keçməsi halları tez-tez müşahidə olunur:
Qəbələ yolunda turistlər qəzaya düşdü: Maşından düşüb şəkil çəkdirdilər - VİDEO
“Tuneldən çıxan kimi bəzi sürücülər sürəti həddindən çox artırırlar. Amma dərhal sonra elə hallar olur ki, insanlar yolu çox təhlükəli şəkildə qaçaraq keçirlər. Onlar nə ətrafa baxırlar, nə də öz təhlükəsizliklərini düşünürlər. Təəssüf ki, belə vəziyyətlərdə sürücü istəmədən qəza törədə, özü də ciddi təhlükə ilə üzləşə bilər”.
Aqil Rəhimov qeyd edib ki, piyadaların məsuliyyətsiz davranışı sürücülər üçün əlavə risk yaradır, lakin bu, sürücüləri ehtiyatlı olmaq məsuliyyətindən azad etmir:
“Bəzi piyadalar özlərini qorumurlar, amma sürücü hər zaman özünü və avtomobildə olanları qorumalıdır. Belə yerlərdə ani manevrlər etmək, dəmir məhəccərlərə və ya digər maneələrə çırpılmaq riski çox yüksəkdir”.
Məşqçi sürücülərə tövsiyə edib ki, tunellərdən çıxarkən sürəti artırmasınlar, ətraf mühiti diqqətlə müşahidə etsinlər və gözlənilməz piyada hərəkətlərinə hazır olsunlar. Onun sözlərinə görə, bu sadə ehtiyat tədbiri bir çox ağır yol-nəqliyyat hadisəsinin qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
İçkili halda avtomobil idarə etməyin cəriməsi azdır – Aqil Rəhimov - VİDEO
Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO
Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq
Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO
Əks yolda tıxac varsa, bu zolaqla hərəkət etmək qəza riskini artırır - VİDEO
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
Maşınla səs-küy salanlar başqalarını narahat etməkdən zövq alır – MÜTƏXƏSSİS RƏYİ
Şəhərlərdə karbon emissiyasını azaltmaq üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA
Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək










